
Bakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü
Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.
Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Gundem.today-a verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Belə ki, Xətai rayon sakini İlham Qasımov VAZ markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 6 və 7 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.
Bildirilib ki, nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
"Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. "Yol hərəkəti haqqında" Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.
Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.
Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur", - məlumatda qeyd edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGəncədə Türkiyə vətəndaşı BIÇAQLANDI
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI
Ötən gün Samuxda bıçaqlanma hadisəsi baş verib.
HadisəVəlvələçayın axarı dayandı, yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - VİDEO
Qubada Qonaqkənd kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu tamamilə yararsız vəziyyətə düşüb.
HadisəTovuzda 19 yaşlı qız OĞURLANDI - Dörd nəfər SAXLANILDI
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.