
Oğul ona araq verməyən anasını döydü, min manat cərimələndi
Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Bəşirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Bəşirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Gundem.today Pravda.az-a istinadla xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə cəzasına məhkum olunub.
İttihama görə, hadisə 2026-cı ilin yanvar ayında saat 16:30-da təqsirləndirilən şəxsin yaşadığı Qusar rayonu ərazisində yerləşən mağazada baş verib.
Belə ki, sərxoş vəziyyətdə olan Fərəc Bəşirzadə mağazada satıcı kimi çalışan anası, zərərçəkmiş Bəsti Bəşirzadədən (adı, soyadı şərtidir) spirtli içki almaq istəyib. Anasının buna etiraz etməsi nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən qadına qarşı fiziki zor tətbiq edərək onun üz nahiyəsinə yumruq zərbələri endirib. Nəticədə Bəsti Bəşirzadəyə sağ göz orbiti ətrafında və üst dodağın orta hissəsində qançırlar, burunun sol yan səthində sıyrıqlar, eləcə də üst dodağın selikli qişasında əzilmiş yara kimi xəsarətlər yetirilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngüldərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Məhkəmə istintaqı zamanı Fərəc Bəşirzadə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə günü səhər saatlarında qardaşına məxsus mağazadan spirtli içki alaraq qəbul edib. Daha sonra həmin gün yenidən mağazaya qayıdaraq spirtli içki almaq istəyərkən anası buna mane olub. Bu səbəbdən aralarında mübahisə yarandığını deyən təqsirləndirilən şəxs əsəbiləşərək anasına zərbə endirdiyini etiraf edib.
O, həmçinin anası ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalRusiyada imtahana buraxılmayan şagirddən müəllimə qarşı DƏHŞƏTLİ ƏMƏL - FOTO
Rusiyanın Perm bölgəsində 17 yaşlı şagird Dobryanka şəhərindəki məktəbdə direktor müavini və müəllim işləyən Olesya Baqutaya bıçaqla hücum edib.
Kriminal200 min manat mənimsəyən sabiq direktor kassasiya şikayəti verib
Paytaxtın Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
KriminalQaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - VİDEO
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
KriminalOğlunu güllələyən ata məhkəmə qərarından narazıdır
Astara rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ağaşir Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.