
Bakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir - ARAŞDIRMA BAŞLADI
Paytaxtın Nizami rayonunun sakini yaxınları tərəfindən təhdid edildiyini iddia edir.
Paytaxtın Nizami rayonunun sakini yaxınları tərəfindən təhdid edildiyini iddia edir.
Gundem.today xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə videomüraciət yayıb.
2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva iddia edib ki, yaxınları - atası və əmisi tərəfindən cinsi istismara məruz qalır və təhdid edilir.
Ailənin ikinci övladı olduğunu bildirən N.Şirəliyeva videomüraciətində bildirib ki, öz doğma əmisi, 1993-cü il təvəllüdlü Allahyar Qasımlı tərəfindən təhdid olunur. Eyni zamanda, öz doğma atası Daşqın Rafiq oğlu Şirəliyev onun dəli olmasına dair əsassız fikirlər irəli sürür.
"Məndən ekspertiza rəyi tələb edirlər. Aprelin 23-də İsmayıllı Rayon Polis Şöbəsinə cinsi istismara məruz qalmağım və təhdid edilməyimlə bağlı müraciət etmişəm", - deyə N.Şirəliyeva bildirib.
O qeyd edib ki, bundan sonra atası və əmisi tərəfindən yenidən təhdidlərə məruz qalıb və əmisinin onun köhnə e-mail hesabları, yazışmaları, şəxsi video və şəkillərini qanunsuz əldə edərək əleyhinə istifadə etməyə çalışdığını, atasının isə onu psixiatriya müəssisəsinə yerləşdirməklə hədələdiyini vurğulayıb.
N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumlara müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş edib və paylaşımından sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adlarını çəkdiyi şəxslərin məsuliyyət daşımalı olduğunu diqqətə çatdırıb.
Gundem.today-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, N.Şirəliyeva qeyd olunan məsələ ilə bağlı polisə müraciət edib. Hazırda müraciət üzrə prosessual araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı-Quba-Rusiya sərhədi ödənişli yolunda sürət həddinə nəzarət gücləndirilir
Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.
CəmiyyətNaxçıvanda su xəttində qəza baş verib
Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza səbəbindən bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah (7 may) saat 10:00-dan etibarən Şəmkir rayonunun Qılıncbəyli, Qaracəmirli, Qaralar, Ağlavaşlı kəndlərinin həmçinin Daşkəsən rayonunun Yuxarı Daşkəsən, Alunitdağ, Mədənçilər qəsəbələrinin və Mollahəsənli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
CəmiyyətGəncədə uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi: Qurumdan rəsmi reaksiya - VİDEO
Gəncədə uşaqların təhqir olunduğu kadrların qeydə alındığı məktəbəqədər təhsil müəssisəsi özəl bağçadır.