Son dəqiqə
Məhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildiAzərbaycan üç yeni kamikadze dron istehsal etdi - Xəbərlərin 20:00 buraxılışıKİV: İranın ABŞ-yə vurduğu ziyan açıqlandığından qat-qat çoxdur - FOTOKonstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilibABŞ və İran arasında nüvə razılaşması yaxınlaşır? - "Bir səhifəlik plan"ın DETALLARIDİQQƏT: Azərbaycanda İLK DƏFƏ bir yolu saatda 130 kilometr sürətlə getmək mümkündür
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Cənubi Qafqazda bütün yollar Bakıya aparır - TƏHLİL
Cənubi Qafqazda bütün yollar Bakıya aparır - TƏHLİL
Siyasət

Cənubi Qafqazda bütün yollar Bakıya aparır - TƏHLİL

Bu gün
19:18
0 baxış
Paylaş:

Cənubi Qafqazda geosiyasi dinamika son illərdə, xüsusilə, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin paralel inkişafı fonunda daha da diqqət çəkməyə başlayıb. Bu kontekstdə Fransa başda olmaqla bəzi xarici aktorların regional proseslərə təsir cəhdləri ön plana çıxır. Xüsusilə Parisin Ermənistan-Türkiyə normallaşmasını Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq təşəbbüsü fərqlənsə də, yeni deyil. Tarix göstərir ki, bu istiqamətdə müxtəlif diplomatik cəhdlər olsa da, heç bir

Cənubi Qafqazda geosiyasi dinamika son illərdə, xüsusilə, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin paralel inkişafı fonunda daha da diqqət çəkməyə başlayıb. Bu kontekstdə Fransa başda olmaqla bəzi xarici aktorların regional proseslərə təsir cəhdləri ön plana çıxır. Xüsusilə Parisin Ermənistan-Türkiyə normallaşmasını Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq təşəbbüsü fərqlənsə də, yeni deyil. Tarix göstərir ki, bu istiqamətdə müxtəlif diplomatik cəhdlər olsa da, heç biri davamlı nəticə verməyib və iflasa uğrayıb.

Bu siyasətin köklərini anlamaq üçün Sürix protokollarına qayıtmaq kifayətdir. Bu protokollar (10 oktyabr 2009-cu il) Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını nəzərdə tutsa da, bir sıra ciddi siyasi və strateji səbəblərdən baş tutmadı və nəticədə ləğv edildi. Protokolların alınmamasının əsas səbəblərindən biri isə məhz Azərbaycan amili, yəni keçmiş Qarabağ münaqişəsi idi. Protokolların imzalanması Türkiyədə və Azərbaycanda kəskin etirazlara səbəb oldu. Türkiyə ictimaiyyəti və rəhbərliyi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı davam etdiyi müddətdə Ermənistanla sərhədlərin açılmasını qəbuledilməz hesab edirdi. Türkiyə rəhbərliyi Qarabağ məsələsində irəliləyiş olmadan protokolları parlamentdən keçirməkdən imtina etdi.

Bu gün də oxşar dinamika müşahidə olunur. Fransa kimi aktorlar Ermənistan-Türkiyə xəttində ayrı bir normallaşma platforması yaratmağa çalışsa da, Azərbaycan və Türkiyə bu yanaşmanın qarşısını almaqda qərarlıdır. Burada əsas faktor Bakı və Ankaranın strateji koordinasiyasıdır. Azərbaycanın sərgilədiyi mövqe ondan ibarətdir ki, regionda Bakının mövqeyi nəzərə alınmadan sülh və sabitlik mümkün deyil və Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinin paralel şəkildə normallaşması vacibdir. Düzdür, Türkiyədə fərqli baxışlar mövcud olsa da bu qüvvələrin də təsir imkanları məhduddur və dövlət siyasətinə ciddi təsir göstərə bilmirlər. Ankara üçün Azərbaycanla strateji tərəfdaşlıq prioritet olaraq qalır və bu amil bütün regional qərarlarda özünü göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə "Azərbaycanın Türkiyənin qırmızı xətti" olduğunu bildirib və Ermənistanla normallaşma prosesinin Azərbaycanla birliktə aparıldığını ifadə edib.

Yəni, Paris bu destruktiv addımları ilə Cənubi Qafqazda sadəcə təsir imkanlarını artırmağa çalışır və bu məqsədlə müxtəlif diplomatik təşəbbüslər irəli sürür. Fransanın məqsədi nə sülh və sabitlik, nə də Ermənistanın inkişafıdır, Paris yalnız təsir imkanlarını artırmaqla öz maraqlarını güdür. Lakin reallıq ondan ibarətdir ki, regionun əsas güc mərkəzi Azərbaycanın mövqeyi nəzərə alınmadan hər hansı təşəbbüs uğur qazana bilməz. Bu isə o deməkdir ki, Cənubi Qafqazda bütün yollar Bakıya aparır. Azərbaycanın artan siyasi, iqtisadi və hərbi gücü onu regionun əsas qərarverici aktoruna çevirib. Bu səbəbdən, istər Fransa prezidenti, istərsə də digər beynəlxalq oyunçular tərəfindən irəli sürülən təşəbbüslər Bakı tərəfindən diqqətlə qiymətləndirilir və milli maraqlara uyğun gəlməyən addımların qarşısı alınır. Elə bunun nəticəsidir ki, mayın 3-5-də Avropa İttifaqı-Ermənistan sammitində iştirak üçün İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron siyasi simvolik bir jest etməyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə keçməyi planlaşdırıb, lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, strateji müttəfiqi Azərbaycanla müzakirələrdən sonra o, Makrona rədd cavabı verib. Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda normallaşma prosesləri bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqəli formada inkişaf edir.

Bir sözlə, Ermənistan-Türkiyə münasibətlərinin gələcəyi birbaşa olaraq Ermənistan-Azərbaycan münasibətlərində əldə olunacaq irəliləyişdən asılıdır. Bu reallıq dəyişmədiyi müddətdə, regiondakı bütün diplomatik təşəbbüslər də bu çərçivə daxilində formalaşmağa davam edəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Cənubi_Qafqaz#Türkiyə#Bakı#Rəcəb_Tayyib_Ərdoğan#Emmanuel_Makron#Avropa_İttifaqı_(Aİ)#Ermənistan

Oxşar Xəbərlər

Azərbaycan üç yeni kamikadze dron istehsal etdi - Xəbərlərin 20:00 buraxılışıSiyasət

Azərbaycan üç yeni kamikadze dron istehsal etdi - Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.

Bu gün
20:000
Paris və Moskva arasında sıxışan İrəvanSiyasət

Paris və Moskva arasında sıxışan İrəvan

"Avropa Siyasi Birliyi"nin Ermənistanda keçirilən Zirvə toplantısı ilk baxışdan regional əməkdaşlıq və dialoq platforması kimi təqdim olunsa da, pərdəarxasında mürəkkəb geosiyasi proseslərin dayandığı aydın görünür.

Bu gün
19:360
Deputat: "Qərbə yönəlməsi Ermənistanı geosiyasi qarşıdurma meydanına çevirir"Siyasət

Deputat: "Qərbə yönəlməsi Ermənistanı geosiyasi qarşıdurma meydanına çevirir"

"Ermənistanın uzun illər birtərəfli şəkildə Rusiyadan asılı olması və son dövrlərdə Qərbə, xüsusilə Fransa və Avropa İttifaqına (Aİ) doğru kəskin geosiyasi dönüş etməyə çalışması bu ölkənin qütblərarası toqquşma nöqtəsinə çevrilmə təhdidini yaratmaqdadır".

Bu gün
18:160
Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcəkSiyasət

Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək

Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu gün
17:380