
Bakıda iki əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətə düşüb - VİDEO
Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Sözügedən binanın birinci mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növbəti iki mərtəbə inşa edilib.
Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Sözügedən binanın birinci mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növbəti iki mərtəbə inşa edilib.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 159 ünvanında yerləşən üçmərtəbəli binadan gedir. Sakinlərin sözlərinə görə, bina illərdir qəzalı vəziyyətdədir. Onlar iddia edirlər ki, divarlar nəm çəkdiyindən mənzilləri təmir etmək belə mümkün deyil.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, layihə təsdiq olunduqdan sonra, qanunvericiliyə əsasən, xüsusi mülkiyyətdə olan abidələrin bərpası balanssaxlayıcı və ya mülkiyyətçi tərəfindən həyata keçirilməlidir.
Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən (MKTB) isə binanın gələcək taleyi ilə bağlı müvafiq razılaşdırma işlərinin aparıldığı bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDTX-dən peşə bayramı ilə bağlı paylaşım: Azərbaycan təhlükəsizlik orqanlarının 107 ili tamam olur
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
CəmiyyətGörünməyən cəbhənin qəhrəmanları: Azərbaycanın xüsusi xidmət orqanlarının peşə bayramıdır
Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ili tamam olur.
CəmiyyətFHN: "Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdə 18 nəfər təxliyə edilib" - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.
Cəmiyyət"Gözümüzü açandan qayaya mismar vurublar" - Stalinin də baş çəkdiyi məkanda arzular çin olur? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən qaya parçası illərdir qeyri-adi bir inancın mərkəzinə çevrilib. Yerli əhalinin sözlərinə görə, övlad həsrəti çəkən şəxslər bu qayaya mismar vurduqda arzularının çin olacağına inanırlar.