FHN: "Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdə 18 nəfər təxliyə edilib" - VİDEO
Cəmiyyət

FHN: "Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdə 18 nəfər təxliyə edilib" - VİDEO

İndi
00:24
1 baxış
Paylaş:

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi tədbirləri həyata keçirilir.

Həyata keçirilən tədbirlər nəticəsində 4-ü azyaşlı olmaqla, ümumilikdə 18 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda əməliyyatllar bir sıra ünvanlarda nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Fövqəladə_Hallar_Nazirliyi_(FHN)#Yağışın_fəsadları#Təxliyə#Sumqayıt_şəhəri#Abşeron_rayonu#Xilasetmə_əməliyyatı

Oxşar Xəbərlər