
Bakıda internat məktəbinin yataqxanasında YANĞIN OLDU - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5 kvadratmetr sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5 kv.m sahədə deformasiya edib.
Yataqxana binası yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzər Məmmədov özünə yeni müavin təyin etdi - FOTO
"Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədov özünə yeni müavin təyin edib.
CəmiyyətBitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində aşkarlanan uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb.
CəmiyyətZaqatalada 11 mindən çox abonentin qazı kəsiləcək
Sabah saat 10:00-dan etibarən Zaqatala şəhəri və Car, Zilban, Kebeloba, Aşağı Tala, Yuxarı Tala, Çökək kəndlərində 11 250 əhali və 150 qeyri-əhali abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
CəmiyyətProkurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır.