
Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində aşkarlanan uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində aşkarlanan uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Gundem.today APA-ya istinadən xəbər verir ki, Hesablama Palatası tərəfindən bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub. İdarədə müraciət əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, araşdırma gedir.
Qeyd edək ki, Hesablama Palatasının bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinə dair auditində subsidiya mexanizmlərinin idarə olunması, monitorinq, hesabatlılıq və nəzarət sahələrində ciddi nöqsanlar müəyyən edilib. Audit 2022-ci ilin əvvəlindən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edib. Hesabata görə, məhv olmuş əkin sahələrinə görə 10.1 milyon manat, pambıq və tütün üzrə göstərici fərqlərinə görə 3.7 milyon manat subsidiya ödənilib. Bundan başqa, 157 min hektar torpaq sahəsi üzrə 34.55 milyon manat, 19 fermer üzrə isə 24.2 milyon manat əkin subsidiyasının ödənilməsinə yol verildiyi bildirilib.
Palata, həmçinin qeyd edib ki, bəzi hallarda məhsul subsidiyaları və texnika güzəştləri üzrə də artıq ödəmələrə yol verilib, subsidiyaların bir hissəsi hüquqi şəxslərin hesablarına deyil, fiziki şəxslərin fermer kartlarına köçürülüb. Audit zamanı 18.8 milyon manat əkin subsidiyasından elektron qaimə-faktura olmadan istifadə edildiyi də aşkarlanıb.
Hesablama Palatası bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyinin artırılması, monitorinqin gücləndirilməsi və maliyyə öhdəlikləri yaradan nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara təkliflər verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - ÖZƏL
"Yeni Klinika"nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad edilib.
CəmiyyətSumqayıt Şəhər İcra Hakimiyyəti 1 milyon manatlıq gül alır
Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin park və xiyabanlarında yaşıllıqların salınması məqsədilə ağac, bitki və güllərin alınması üçün tender elan edib.
CəmiyyətYasamalda yolda ağır qəzaya düşənlərin VƏZİYYƏTİ AÇIQLANDI
Ötən gün paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
CəmiyyətRəşad Abbasova Xankəndidə vəzifə verildi
Fövqəladə Hallar Nazirliyinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinə rəis əvəzi olunub.