
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
Daşınmaz əmlak bazarında davam edən bahalaşma yaşayış sahələrinin kirayə qiymətlərində vəziyyəti aktuallaşdırır.
Daşınmaz əmlak bazarında davam edən bahalaşma yaşayış sahələrinin kirayə qiymətlərində vəziyyəti aktuallaşdırır.
Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə mənzillərin qiyməti orta hesabla 12.2 faiz artıb.
Rieltorların sözlərinə görə, evlərin bahalaşmasının fonunda kirayə qiymətləri də sabit qalmayıb:
"Keçən il 450 manata olan ev indi 700 manatdır".
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun Baku TV-yə bildirdiyinə görə, kirayə bazarındakı artım tempi daşınmaz əmlak qiymətləri ilə düz mütənasibdir. Yəni kirayə qiymətlərinin artımı evlərin, evlərin bahalaşması isə kirayə qiymətlərinin yüksəlməsinə səbəb olur.
Bundan başqa, iqtisadi proseslər də kirayə bazarına təsir edir. Vüqar Oruc deyir ki, inflyasiya və əhalinin şəhərə üz tutması qiymətlərə təsirsiz ötüşmür.
Müşahidələr göstərir ki, ölkədə yaşayış sahələrinin kirayəsi əksər hallarda müqavilə bağlanmadan, tərəflər arasında şifahi razılaşma əsasında həyata keçirilir. Bu da kirayə qiymətlərindəki artımda subyektiv amillərin rolunu istisna etmir.
Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, kirayə xidməti, qiyməti dövlət tərəfindən tənzimlənən xidmətlərə aid deyil.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Baku TV-nin qaynar xəttinə müraciət edən paytaxtın Suraxanı rayonu, Əmi Məmmədov küçəsinin sakini bildirir ki, atasına məxsus həyət evindən bibisi tərəfindən çıxarılıb.
CəmiyyətGəncədə ailə ağır qəzaya düşdü: Yaralılar arasında azyaşlı da var
Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətBaku TV Bibiheybətdəki "gəmi qəbiristanlığı"nda: "Doğrayıb aparacaqlar" - VİDEO
Baku TV Bibiheybət qəsəbəsində yerləşən, istismar müddətini başa vurmuş gəmilərin saxlanıldığı ərazidən - "gəmi qəbiristanlığı"ndan reportaj hazırlayıb.
Cəmiyyət200 manatlıq "tərbiyə üsulu?" - Uşağa qışqıran və onu döyən şəxslər qanun qarşısında cavab verəcəklər
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, bundan sonra uşağını tərbiyə etmək məqsədilə ona qarşı fiziki və ya psixoloji zorakılıq göstərən şəxs cərimə olunsun.