
Bakıda müxtəlif ərazilərdə yığılan yağış suları kənarlaşdırılır - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.
Gundem.today xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Qaradağ Rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zamanı səviyyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1 000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir - beton boru quraşdırıb.
Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.
Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib.
Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan qəzalı, istisamara yararsız təxliyə xətti Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkara çıxarılaraq təmir olunduqdan sonra 18 metrlik hissə bərpa edilib. Əraziyə yığılan yağış suları nasos vasitəsilə həmin xətlə kənarlaşdırılacaq.
Bağlar Sukanal İdarəsinin xidməti ərazisinə aid olan Məmmədli və Digah qəsəbələrinin əraziləri yağış sularından təmizlənir.
Suraxanı rayonunun Zıg qəsəbəsinin İdris Süleymanov küçəsində d200mm kanalizasiya xəttində yükllənmə səbəbindən tutulma baş verib və nəticədə yağış suyu ətrafa dolub. Suraxanı Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsi tutulma açılıb və ətrafa toplanan yağış suyu kənarlaşdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
CəmiyyətSabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Sabaha olan tibbi-meteoroloji proqnoz açıqlanıb.
Cəmiyyətİctimai nəqliyyat istifadəçilərinə vacib xəbər
Aprelin 6-dan etibarən 2025-ci ilin oktyabr - 2026-cı ilin aprel ayları arasında ictimai nəqliyyatda NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaq.
CəmiyyətAlman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapıb
Alman səyyah əcdadları tərəfindən Azərbaycanda inşa edilmiş şəhəri aşkarlayıb.