
XİN: "Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquq və ədalətə söykənir"
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub.
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub.
Gundem.today xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya Prezidentinin Administrasiyasının, hökumətin və XİN-in diqqətə çatdırılıb.
Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. Belə ki, bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.
Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il birgünlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub.
Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü üsual altına qoymayıb".
Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİrandan Azərbaycana indiyədək təxliyə olunan şəxslərin sayı açıqlandı - FOTO
İrandan fevralın 28-i saat 08:00-dan aprelin 4-ü saat 10:00-dək Azərbaycana ümumilikdə 3 297 nəfər təxliyə olunub.
SiyasətQərbi Azərbaycan Xronikası: İrəvan quberniyasında 199 kənd necə məhv edildi? - VİDEO
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
SiyasətKiberhücumlara qarşı müdafiə gücləndirilir: Azərbaycanda yeni Koordinasiya Mərkəzi yaradılacaq
Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya məkanında yeni risklər yaradıb. Xüsusilə dipfeyk videolar və saxta xəbərlərin yayılması həm ictimai rəyə, həm də dövlətlərin informasiya təhlükəsizliyinə təsir göstərir. Bu səbəbdən bir çox ölkələr kiberhücumlara qarşı rəqəmsal müdafiə mexanizmlərini gücləndirməyə çalışır. Azərbaycanda da bu istiqamətdə yeni addım atılır. Ölkə səviyyəsində kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qal
Siyasət"Bir millət, üç dövlət" - Ünal Üstel Bakıda mühüm mesajlar verdi - VİDEO
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel olub.