
Bakıda papağa görə dava: Ər arvadını döydü
Bakıda kişi arvadını papağa görə döyüb.
Bakıda kişi arvadını papağa görə döyüb.
Gundem.today-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü İlkin Muradzadə 2022-ci ildə ailə həyatı qurub. Onların birgə nikahdan bir övladları dünyaya gəlib.
Bir ay əvvəl İlkin axşam işdən evə gəlib və başındakı papağı götürüb azyaşlı övladının başına qoyub. Həyat yoldaşı həmin papağı uşağın başından götürüb stolun üstünə qoyub və bu hərəkət İ.Muradzadəni əsəbiləşdirib. Cütlük papağa görə mübahisə edib və mübahisə zamanı İ.Muradzadə həyat yoldaşını döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və İ.Muradzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəUdmurtiyada daşqın fəlakəti: 150 ev su altında qaldı
Sel təhlükəsinin artması ilə əlaqədar olaraq Udmurtiya Respublikasının Malopurqinski, Kiznerski və İqrinski rayonlarında yüksək hazırlıq rejimi tətbiq edilib.
HadisəSabunçuda gecəyarı DƏHŞƏT: Torpaq sürüşdü, qadın uçan evin altında qaldı - SON GÖRÜNTÜLƏR
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib.
HadisəNəsimi Nəbizadə ilə gündəmə gələn mərkəz rəhbəri barədə QƏRAR VERİLDİ
Sumqayıt Səhər Məhkəməsində fəaliyyəti dayandırılan "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
HadisəGəncədə Türkiyə vətəndaşı BIÇAQLANDI
Gəncədə bıçaqlanma hadisəsi baş verib.