
Bakıda Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə təhsil sərgisi keçiriləcək - FOTO
Bakıda mayın 2-də gənclərin gələcək təhsil seçimlərinə dəstək məqsədilə genişmiqyaslı təhsil sərgisi keçiriləcək.
Bakıda mayın 2-də gənclərin gələcək təhsil seçimlərinə dəstək məqsədilə genişmiqyaslı təhsil sərgisi keçiriləcək.
Gundem.today xəbər verir ki, tədbir "İZ Community"nin təşkilatçılığı ilə "Study in Kazakhstan" layihəsi çərçivəsində reallaşdırılır.
Sərgidə Qazaxıstanın 20-dən çox aparıcı ali təhsil müəssisəsi, o cümlədən Əl-Fərabi adına Qazax Milli Universiteti, L.N. Qumilyov adına Avrasiya Milli Universiteti və Turan Universiteti təmsil olunacaq.
Bununla yanaşı, "Cardiff University" də tədbirdə iştirak edəcək.
Eyni zamanda, ölkənin qabaqcıl liseyləri və təhsil, karyera, fərdi inkişaf sahəsində fəaliyyət göstərən yerli brendlər də öz proqram və xidmətlərini təqdim edəcəklər.
"Beynəlxalq təhsil evinizə daha yaxın" şüarı ilə keçirilən sərgi şagirdlər, tələbələr və valideynlər üçün xaricdə təhsil imkanları, təqaüd proqramları, qəbul şərtləri və karyera perspektivləri barədə birbaşa məlumat əldə etmək imkanı yaradacaq.
Sərgiyə giriş tamamilə sərbəstdir və əvvəlcədən qeydiyyat tələb olunmur. Ziyarətçilər birbaşa tədbirə qatılaraq universitet nümayəndələri ilə ünsiyyət qura biləcəklər.
Qeyd edək ki, sərgi saat 11:00-dan 20:00-dək "Landmark Rotunda Hall"da baş tutacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÜrəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılar
Ötən gün ictimai nəqliyyatda halı pisləşən xəstəni Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri həyata qaytarmışdılar.
CəmiyyətƏhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ
Aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.
CəmiyyətÖlkə ikincisi Aylin uğurun sirrini açıqladı
Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə göstərənlər var.
CəmiyyətABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEO
ABŞ-İsrail-İran münaqişəsi turizm sektoruna da təsirsiz ötüşməyib. Ekspertlər bildirirlər ki, belə müharibələr insanların səyahət seçimlərinə birbaşa təsir edir.