Son dəqiqə
Niderlandda stüardessa hantavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiGecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEOAzərbaycan-Ermənistan sülh prosesinə Avropadan dəstəkNurlan Fətəliyevə yeni vəzifə verildiSumqayıtda yataqxanada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEONigeriyada epidemiya: Onlarla uşaq öldü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO
Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO
Cəmiyyət

Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO

Bu gün
18:22
0 baxış
Paylaş:

Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son illərdə ciddi problem yaranıb.

Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son illərdə ciddi problem yaranıb.

Sakinlərin sözlərinə görə, sözügedən qəbiristanlıqda qanunsuz aparılan tikinti işləri zamanı dağıntı baş verib və onların yaxınlarına məxsus qəbirlər dağıntının altında qalıb.

Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların şikayətinə baxan yoxdur.

"Burada baş verənlər vandalizmdir. Əvvəllər bu ərazidə dəmir hasar var idi. Onu söküb üçmərtəbəli ev tikdilər. Beləliklə, qəbirlər ağırlığa dözə bilmədi və dağıntıların altında qaldı", - deyə şikayətçi narazılığını dilə gətirib.

Səbail Rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bildirilib ki, cari ilin mart ayının sonu və aprel ayının əvvəllərində yağan intensiv yağışlar nəticəsində Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın bir hissəsində torpaq sürüşməsi qeydə alınıb. Hadisə nəticəsində bəzi qəbir daşlarına ziyan dəyib:

"Məsələ ilə bağlı tərəfimizdən dərhal operativ tədbirlər görülüb. Əraziyə baxış keçirilib və yaranmış fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Hazırda sözügedən ərazidə təmizlik işləri və dağılmış qəbir daşlarının bərpa edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Badamdar_qəsəbəsi#Səbail_rayonu#qəbiristanlıq_problemi#torpaq_sürüşməsi#məzarlıq_dağıntısı#qanunsuz_tikinti#İcra_Hakimiyyəti#şikayət#qəbir_daşlarının_bərpası

Oxşar Xəbərlər

Nurlan Fətəliyevə yeni vəzifə verildiCəmiyyət

Nurlan Fətəliyevə yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikası (MR) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

Bu gün
19:000
Lənkəranda ərzaq mağazasında yararsız məhsullar aşkarlanıb - FOTOCəmiyyət

Lənkəranda ərzaq mağazasında yararsız məhsullar aşkarlanıb - FOTO

Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən vəzifəli şəxs Cavid Aydın oğlu Nəsirova məxsus ərzaq mağazasında plandankənar yoxlama keçirilib.

Bu gün
18:360
Gecikdirilmiş 300 min manata yaxın vəsaitin işçilərə ödənilməsi təmin olunubCəmiyyət

Gecikdirilmiş 300 min manata yaxın vəsaitin işçilərə ödənilməsi təmin olunub

Yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 292.3 manat vəsaitin işçilərə vaxtında verilmədiyi müəyyən edilib.

Bu gün
18:200
Meteor yağışı müşahidə olunacaqCəmiyyət

Meteor yağışı müşahidə olunacaq

May ayının 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq.

Bu gün
18:160