
Gecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gundem.today Lent.az-a istinadla xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Rauf Salmanzadə və Tural Eyvazovun hər birinin ayrı-ayrılıqda 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə prosesi mayın 12-nə saat 14:00-a təyin olunub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, 2025-ci il fevralın 7-də gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı kişiyə qarşı quldurluq hadisəsi törədilib.
Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi "Jeep" markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib.
Nəticədə quldurluq əməlini törətməkdə şübhəli bilinən Rauf Salmanzadə və Tural Eyvazov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediliblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda hoteldə iş yoldaşını öldürməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bakıda hoteldə iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
KriminalAnasını bıçaqlayan oğula HÖKM OXUNDU: "Evə narkomanlar gətirirdilər"
Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib.
KriminalGözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işi
Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun barəsindəki cinayət işi üzrə məhkəmə keçirilib.
KriminalSürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı
Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Faiq Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.