
Bakıda şadlıq sarayının fəaliyyəti DAYANDIRILDI - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında fəaliyyət göstərən "Səbinə" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Məlumatda qeyd olunub:
"Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib, obyektdə yanğın su hovuzu mövcud deyil, təxliyə planı tərtib edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında yerləşən "Səbinə" şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaq
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
CəmiyyətSəkkiz il əvvəl tikintisinə başlanılan bina niyə təhvil verilmir? - VİDEO
Binəqədi rayonunun0 Səttar Bəhlulzadə küçəsi 1 ünvanında təxminən 8 il əvvəl çoxmərtəbəli binanın tikintisinə başlanılıb.
CəmiyyətAlkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı - FOTO
Bakı şəhərinin Suraxanı rayonu, A.Pəri küçəsi 303A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Lətif Əlif oğluna məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirilib.
CəmiyyətTürkiyədə məktəb faciələri: Psixoloq səbəbləri və həll yollarını AÇIQLADI
Son günlər Türkiyədə məktəblərdə baş verən silahlı hücumlar əsas müzakirə mövzularından birinə çevrilib. Qısa zaman ərzində qardaş ölkədə ard-arda qeydə alınan bu cür hadisələr həm təhlükəsizlik, həm də yeniyetmələrin psixoloji vəziyyəti ilə bağlı ciddi suallar doğurur.