
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaq
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:
• Rəşid Behbudov küçəsi (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissə);
• Ziya Bünyadov prospekti (Müzəffər Nərimanov küçəsindən Xəlil Rza Ulutürk küçəsinə qədər, "Koroğlu" metro stansiyası istiqamətində, hissə-hissə);
• Abbas Mirzə Şərifzadə küçəsi (Əsəd Əhmədov küçəsindən Akim Abbasov küçəsinə qədər olan hissə);
• Səməd Vurğun küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə);
• Bakı Dairəvi yoldan "Meyvəli Ticarət Mərkəzi"nə gedən yol.
Qeyd olunub ki, təmir işləri aprelin 17-si saat 23:00-dan aprelin 20-si saat 06:00-dək davam edəcək.
"Göstərilən tarixlərdə nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - məlumatda bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətADY sədri: "Azərbaycanla Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür"
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Report"un Zəngilana ezam olunmuş müxbirinə müsahibə verib. O, müsahibədə regionda dəyişən geosiyasi reallıqlar fonunda nəqliyyat dəhlizlərinin artan əhəmiyyətindən danışıb, "Şimal-Cənub" nəqliyyat dəhlizinin strateji rolunu, Azərbaycanın bu marşrutdakı mövqeyini və mövcud infrastruktur imkanlarını dəyərləndirib.
CəmiyyətKondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? - VİDEO
Yay mövsümünün yaxınlaşması ilə kondisionerlərə olan tələbat kəskin artır. Lakin bir neçə gün öncə paytaxtda baş verən bədbəxt hadisə təhlükəsizliklə bağlı ciddi suallar doğurub.
CəmiyyətAzərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub.
CəmiyyətSəkkiz il əvvəl tikintisinə başlanılan bina niyə təhvil verilmir? - VİDEO
Binəqədi rayonunun0 Səttar Bəhlulzadə küçəsi 1 ünvanında təxminən 8 il əvvəl çoxmərtəbəli binanın tikintisinə başlanılıb.