Son dəqiqə
"Fənərbağça"dan yarımçıq qalmış transfer həmləsi - FOTOKİV: İran gəmilərin Hörmüz boğazından keçidini dayandırdıBakıda QƏRİBƏ OLAY: Məhkəmədən həbs olunmasını istədiSəudiyyə Ərəbistanının əsas ixrac neft kəməri dron hücumuna məruz qalıbAzərbaycanın iki gimnastı Avropa çempionatında finala yüksəlibBakı metrosunda sıxlıq belə ləğv olunur - GÖRÜNTÜLƏR
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Baş həkim: "Məqsədimiz görünüşü dəyişmək deyil, itirilmiş funksiyanı qaytarmaqdır" - FOTO
Baş həkim: "Məqsədimiz görünüşü dəyişmək deyil, itirilmiş funksiyanı qaytarmaqdır" - FOTO
Cəmiyyət

Baş həkim: "Məqsədimiz görünüşü dəyişmək deyil, itirilmiş funksiyanı qaytarmaqdır" - FOTO

Bu gün
17:42
0 baxış
Paylaş:

"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbədə rekonstruktiv (bərpaedici) əməliyyatlardır. Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş və ya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinə qaytarmaqdır".

"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbədə rekonstruktiv (bərpaedici) əməliyyatlardır. Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş və ya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinə qaytarmaqdır".

Gundem.today xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı sözügedən klinikanın baş həkimi Dilqəm Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, rekonstruktiv əməliyyatlar əsasən qəza və digər travmatik hadisələr nəticəsində alınan xəsarətlərlə bağlı aparılır:

"Alınan travmalar nəticəsində üz, əl və ya bədənin başqa hissəsində deformasiya yaranarsa, həmin nahiyəni yenidən formalaşdırırıq. Yanıq hallarında dəri büzüşə, hərəkət məhdudlaşa bilər. Bu zaman xüsusi əməliyyatlarla həm görünüş, həm də hərəkət funksiyası bərpa olunur. Onkoloji əməliyyatlardan - məsələn, süd vəzi xərçəngi səbəbindən döş götürüldükdən sonra yenidən formalaşdırılması (rekonstruksiya) aparılır ki, pasiyent həm fiziki, həm də psixoloji olaraq özünü daha yaxşı hiss etsin. Anadangəlmə qüsurlar, o cümlədən dodaq-damaq yarığı kimi problemlər əməliyyatla düzəldilir və uşaq normal danışıq, qidalanma funksiyasına qovuşur. Mikrocərrahiyyə əməliyyatları, çox incə damar və sinirlərin bərpası aparılır".

Baş həkim qeyd edib ki, bu əməliyyatların əsas fərqi ondadır ki, onlar yalnız görünüş üçün deyil, insanın normal yaşaması üçün vacibdir.

Bununla yanaşı, klinikamızda estetik əməliyyatlar da geniş şəkildə həyata keçirilir. Bu əməliyyatlar daha çox insanın görünüşündən razı qalması və özünə inamının artması üçün edilir.

D.Məmmədov qeyd edib ki, klinikada ən çox estetik proseslər - burun (rinoplastika), göz qapağı, qarın (abdominoplastika) piylərin götürülməsi (liposaksiya), süd vəzi əməliyyatları aparılır:

"Həmçinin, minimal prosedurlar olan iynə vasitəsilə edilən botoks və dolğularla qırışlar azaldılır və üzə daha təravətli görünüş verilir.

Biz estetik əməliyyatlarda da çalışırıq ki, nəticə təbii görünsün və insanın özünə uyğun olsun. Yəni süni dəyişikliklərdən uzaq dururuq.

Hədəf pasiyent auditoriyamız genişdir - həm sağlamlığını bərpa etmək istəyənlər, həm də görünüşünü yaxşılaşdırmaq istəyən şəxslər bizə müraciət edə bilər. Amma bizim üçün tibbi zərurəti olan rekonstruktiv əməliyyatlar hər zaman daha ön plandadır.

İcbari tibbi sığorta isə əsasən məhz bu cür zəruri rekonstruktiv əməliyyatları əhatə edir. Estetik məqsədli əməliyyatlar isə hazırda bu paketə daxil deyil".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Səhiyyə_Nazirliyi#Onkoloji_xəstəliklər_(xərçəng)#Estetik_əməliyyat

Oxşar Xəbərlər

Bakı metrosunda sıxlıq belə ləğv olunur - GÖRÜNTÜLƏRCəmiyyət

Bakı metrosunda sıxlıq belə ləğv olunur - GÖRÜNTÜLƏR

Bakı metrosunda xətlərin ayrılması layihəsi üzrə daha bir istiqamətdə inşaat işləri davam etdirilir.

Bu gün
18:480
Ölkədə yaşı 100 və daha yuxarı olan neçə insan var?Cəmiyyət

Ölkədə yaşı 100 və daha yuxarı olan neçə insan var?

Azərbaycanda yaşı 100 və daha yuxarı olan şəxslərin sayı açıqlanıb.

Bu gün
18:240
Azərbaycanda doğum prosesində ölənlərin sayı məlum olubCəmiyyət

Azərbaycanda doğum prosesində ölənlərin sayı məlum olub

Azərbaycanda ötən il doğum prosesi zamanı ölənlərin sayı bilinib.

Bu gün
18:100
Kanalizasiya xəttinin üzərində tikilən təhlükəli evlər: İcazəni kimlər verir? - VİDEOCəmiyyət

Kanalizasiya xəttinin üzərində tikilən təhlükəli evlər: İcazəni kimlər verir? - VİDEO

Təxminən bir il əvvəl Baku TV-nin qaynar xəttinə vətəndaş şikayəti daxil olmuşdu ki, onun yaşadığı - Bakının Nizami rayonu ərazisində yerləşən UPD qəsəbəsindəki evinin altından su axır. Nəticədə isə mülkü qəzalı vəziyyətə düşüb.

Bu gün
17:580