
Kanalizasiya xəttinin üzərində tikilən təhlükəli evlər: İcazəni kimlər verir? - VİDEO
Təxminən bir il əvvəl Baku TV-nin qaynar xəttinə vətəndaş şikayəti daxil olmuşdu ki, onun yaşadığı - Bakının Nizami rayonu ərazisində yerləşən UPD qəsəbəsindəki evinin altından su axır. Nəticədə isə mülkü qəzalı vəziyyətə düşüb.
Təxminən bir il əvvəl Baku TV-nin qaynar xəttinə vətəndaş şikayəti daxil olmuşdu ki, onun yaşadığı - Bakının Nizami rayonu ərazisində yerləşən UPD qəsəbəsindəki evinin altından su axır. Nəticədə isə mülkü qəzalı vəziyyətə düşüb.
Bununla bağlı material efirə getdikdən sonra bir neçə vətəndaş da öz şikayətini bildirmiş və eyni halla qarşılaşdığını qeyd etmişdi.
Baku TV məsələni aydınlaşdırmaq üçün aidiyyəti qurumla əlaqə saxlayıb.
ADSEA-dan bildirilib ki, həmin ərazidən böyük kollektor xətti keçir və orada baş verən qəzanı aradan qaldırmaq mümkün deyil. Çünki kollektor xəttinin üzərində qanunsuz formada evlər tikilib.
Bəs görəsən, belə ərazilərdə evlərin tikilməsinə kimlər icazə verir?
İlk olaraq kollektorların üzərində qanunsuz tikilən evlərin sayı diqqətə çatdırılıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya, yağış kollektorlarının mühafizə zolağında, üzərində 1600-ə yaxın tikili mövcuddur:
"Bu səbəbdən də xətlərin üzərində inşa edilən tikililərin yaratdığı yüklənmə, eləcə də xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində qəzalar baş verir. Bu qəzaları baş verən anda aradan qaldırmaq mümkün olmur. Çünki hər hansı qazıntı işləri aparılacağı təqdirdə tikililər həyati təhlükəyə səbəb ola bilər".
Əmlak üzrə ekspert Ramil Qasımzadə mövzu ilə əlaqədar qeyd edib ki, sözügedən ərazilərdə evlərin qanunsuz olaraq tikilməsinə müvafiq rayon icra hakimiyyəti orqanları tərəfindən göz yumulub:
"Bu evlər əsasən 2005-ci ildən başlayaraq 2015-ci ilə qədər tikilib".
Deputat Elşad Musayev isə bildirib ki, həmin dövrdə tikintiyə icazə verənlər məsuliyyətə cəlb olunmalıdırlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı metrosunda sıxlıq belə ləğv olunur - GÖRÜNTÜLƏR
Bakı metrosunda xətlərin ayrılması layihəsi üzrə daha bir istiqamətdə inşaat işləri davam etdirilir.
CəmiyyətÖlkədə yaşı 100 və daha yuxarı olan neçə insan var?
Azərbaycanda yaşı 100 və daha yuxarı olan şəxslərin sayı açıqlanıb.
CəmiyyətAzərbaycanda doğum prosesində ölənlərin sayı məlum olub
Azərbaycanda ötən il doğum prosesi zamanı ölənlərin sayı bilinib.
CəmiyyətBaş həkim: "Məqsədimiz görünüşü dəyişmək deyil, itirilmiş funksiyanı qaytarmaqdır" - FOTO
"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbədə rekonstruktiv (bərpaedici) əməliyyatlardır. Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş və ya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinə qaytarmaqdır".