
BƏƏ-nin OPEC-dən çıxmasının mümkün nəticələri açıqlanıb
Birləşmiş Ərəb Əmirliklərinin OPEK və OPEK+dan çıxması təşkilat və onun faktiki lideri olan Səudiyyə Ərəbistanı üçün ciddi zərbə ola bilər.
Birləşmiş Ərəb Əmirliklərinin OPEK və OPEK+dan çıxması təşkilat və onun faktiki lideri olan Səudiyyə Ərəbistanı üçün ciddi zərbə ola bilər.
Gundem.today xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Məqalədə qeyd olunur ki, OPEK-də üçüncü ən böyük neft istehsalçısı olan BƏƏ-nin bu qərarı uzun müddətdir mövcud olan narazılıqların, xüsusilə hasilat kvotaları ilə bağlı fikir ayrılıqlarının və Səudiyyə Ərəbistanı ilə münasibətlərdə gərginliyin göstəricisidir.
BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui qərarı uzunmüddətli strateji və iqtisadi baxışa əsaslanan suveren milli qərar adlandırıb.
Nəşrin fikrincə, bu qərarın real nəticələri neft və qazın Hörmüz boğazı vasitəsilə daşınmasının bərpasından sonra daha aydın olacaq.
Xatırladaq ki, BƏƏ 1 may 2026-cı ildən etibarən OPEK və OPEK+ formatından çıxmaq qərarı qəbul edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildi
"Titan" batiskafı qəzasında həyat yoldaşını və yeniyetmə oğlunu itirən qadın bildirib ki, yaxınlarının qalıqları ona kiçik "ayaqqabı qutularında" təhvil verilib.
Dünya"Google"un yüzlərlə əməkdaşı Pentaqonla əməkdaşlığa etiraz etdi
"Google" şirkətinin yüzlərlə əməkdaşı rəhbərlikdən Pentaqonun korporasiyanın süni intellekt (AI) texnologiyasından məxfi işlər üçün istifadəsini qadağan etməsini tələb edib.
DünyaAlmaniyada doğum son 80 ilin ən aşağı həddinə düşüb
2025-ci ilin yekunlarına əsasən, Almaniyada doğum səviyyəsi 1946-cı ildən bəri ən aşağı həddə çatıb. Ölkədə qeydə alınan ölüm halları doğum sayını üstələyərək tarixi demoqrafik kəsir yaradıb.
Dünya"YouTube"da yeni süni intellekt funksiyası tətbiq edilib
"Google" şirkəti "YouTube" platformasında video məzmununun axtarışı və təhlili üçün "Ask YouTube" adlı eksperimental funksiyanı istifadəyə verib.