
"Google"un yüzlərlə əməkdaşı Pentaqonla əməkdaşlığa etiraz etdi
"Google" şirkətinin yüzlərlə əməkdaşı rəhbərlikdən Pentaqonun korporasiyanın süni intellekt (AI) texnologiyasından məxfi işlər üçün istifadəsini qadağan etməsini tələb edib.
"Google" şirkətinin yüzlərlə əməkdaşı rəhbərlikdən Pentaqonun korporasiyanın süni intellekt (AI) texnologiyasından məxfi işlər üçün istifadəsini qadağan etməsini tələb edib.
Gundem.today xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, əməkdaşlar bu tələblə bağlı "Google"un baş direktoru Sundar Piçaya məktub ünvanlayıblar.
Şirkətin "DeepMind AI" bölməsindən olan 600-dən çox işçinin imzaladığı müraciətdə qeyd olunur ki, AI bəşəriyyətə fayda gətirməlidir, qeyri-insani və ya son dərəcə zərərli yollarla istifadə edilməmə və onun məxfi məqsədlər üçün istifadəsinə icazə verən hərbi qurumla heç bir müqavilə bağlanmamalıdır.
Bir müddət əvvəl Pentaqon rəhbərliyi bildirmişdi ki, süni intellekt kommersiya texnologiyalarından "bütün qanuni məqsədlər üçün" istifadə etməkdə sərbəst olmalıdır. Məmurların sözlərinə görə, bu cür yanaşma ABŞ qanunları və hərbi prosedurları çərçivəsində qalmaqla, müxtəlif vəziyyətlərdə genişliyə imkan verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTutuquşularla bağlı tədqiqat maraqlı məqamları üzə çıxardı - Elmi araşdırma
Alimlər tutuquşuların insan adlarını və ev heyvanlarının ləqəblərini onlarla ünsiyyət qurmaq üçün yadda saxladıqlarını müəyyən ediblər.
Dünya"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildi
"Titan" batiskafı qəzasında həyat yoldaşını və yeniyetmə oğlunu itirən qadın bildirib ki, yaxınlarının qalıqları ona kiçik "ayaqqabı qutularında" təhvil verilib.
DünyaAlmaniyada doğum son 80 ilin ən aşağı həddinə düşüb
2025-ci ilin yekunlarına əsasən, Almaniyada doğum səviyyəsi 1946-cı ildən bəri ən aşağı həddə çatıb. Ölkədə qeydə alınan ölüm halları doğum sayını üstələyərək tarixi demoqrafik kəsir yaradıb.
Dünya"YouTube"da yeni süni intellekt funksiyası tətbiq edilib
"Google" şirkəti "YouTube" platformasında video məzmununun axtarışı və təhlili üçün "Ask YouTube" adlı eksperimental funksiyanı istifadəyə verib.