
Benni Prasad: "Qarabağ sürətli dirçəliş templəri nümayiş etdirir"
"Qarabağda bərpa işlərinin miqyası, eləcə də yeni yolların və binaların keyfiyyəti regionun sürətli dirçəlişini aydın şəkildə nümayiş etdirir".
"Qarabağda bərpa işlərinin miqyası, eləcə də yeni yolların və binaların keyfiyyəti regionun sürətli dirçəlişini aydın şəkildə nümayiş etdirir".
Gundem.today "Report"a istinadla xəbər verir ki, bu barədə beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin tərkibində azad edilmiş əraziləri ziyarət edən Hindistandan olan səyyah Benni Prasad bildirib.
Səyyahın sözlərinə görə, bu, onun Qarabağa ikinci səfərdir və bu müddət ərzində baş verən dəyişikliklər böyük təəssürat yaradır: "Əvvəlki gəlişimdən bəri burada heyrətamiz dəyişikliklər baş verib. Yollar, binalar, ümumi atmosfer və şəhərin yenidən canlanması - bütün bunlar sadəcə heyranlıq doğurur".
Dünyanın bütün ölkələrinə səyahət etmək sürətinə görə dünya rekordu sahibi olan Benni Prasad qeyd edib ki, hansısa bir yeri xüsusi qeyd etmək onun üçün çətindir: "Marşrutun hər nöqtəsi özünəməxsus şəkildə unikaldır. Həm Ağdam, həm də Şuşa çox gözəldir, hər birinin özünəməxsus koloriti var".
Səyyah Azərbaycana yenidən gəlmək istədiyini bildirib. "Buranın insanları möhtəşəmdir. Mən çox istərdim ki, həyat yoldaşımla birlikdə bura yenidən gəlim və daha çox vaxt keçirim. Bu, dünyada daha uzun müddət qalmaq istədiyin yerlərdən biridir", - o deyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSabah intensiv yağış yağacaq - 28.03.2026
Azərbaycanda martın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətBu gün Beynəlxalq Teatr Günüdür
Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.
CəmiyyətMartın 27-si Milli Elm Günüdür
Elm cəmiyyətlərin inkişafını müəyyən edən əsas amillərdən biri kimi tarix boyu xüsusi əhəmiyyət kəsb edib. Azərbaycanda da bu sahəyə verilən dəyərin göstəricisi olaraq hər il martın 27-si Milli Elm Günü kimi qeyd olunur.
Cəmiyyətİrandan Azərbaycana indiyədək 3 040 şəxs təxliyə olunub - FOTO
İrandan fevralın 28-i saat 8:00-dan martın 27-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 040 nəfər təxliyə olunub.