
Benyamin Netanyahu İsrail Müdafiə Ordusunun əsgərinin hərəkətini PİSLƏDİ
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusunun (SAXAL) əsgəri tərəfindən Cənubi Livanda İsa Məsihin heykəlinin sındırılması hadisəsindən dərin sarsıntı keçirdiyini bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusunun (SAXAL) əsgəri tərəfindən Cənubi Livanda İsa Məsihin heykəlinin sındırılması hadisəsindən dərin sarsıntı keçirdiyini bildirib.
Gundem.today xəbər verir ki, bu barədə hökumət rəhbəri "X" sosial şəbəkə hesabında paylaşıb.
"Dünən əksər israillilər kimi mən də SAXAL əsgərinin Cənubi Livanda katolik dini simvoluna zərər verdiyini öyrəndikdə çox sarsıldım və kədərləndim. Mən bu əməli ən sərt şəkildə pisləyirəm", - deyə o qeyd edib.
Netanyahu vurğulayıb ki, İsrailin hərbi qüvvələri sözügedən məsələ ilə bağlı təhqiqat aparır və günahkarlara qarşı ciddi intizam tədbirləri görüləcək. O, həmçinin İsrailin Yaxın Şərqdə bütün dini konfessiya nümayəndələrinin etiqad azadlığının qorunduğu yeganə yer olduğunu diqqətə çatdırıb.
ABŞ-nin İsraildəki diplomatik nümayəndəliyinin rəhbəri Mayk Hakabi Livanın cənubunda İsa Məsihin heykəlinə zərər yetirən hərbçilərin ən qısa zamanda və ən sərt şəkildə məsuliyyətə cəlb edilməsi üçün yerli rəhbərliyə müraciət ünvanlayıb.
Gundem.today xəbər verir ki, bu barədə M.Hakabi özünün "X" hesabında paylaşım edib.
"Bu, İsrail Müdafiə Ordusunun əsgərinin qəbuledilməz bir hərəkətidir. Lakin həmin şəxs bütövlükdə ordunu və hökuməti təmsil etmir. Hadisədə iştirak edənlər üçün dərhal, ciddi və şəffaf cəza tədbirləri görülməlidir", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar Livan ərazisində Məsihin heykəlini zədələyən israilli hərbçinin hərəkətlərinə görə bütün xristian ictimaiyyətindən üzr istəyib. İsrail Müdafiə Ordusu Livan mətbuatının hadisə ilə bağlı yaydığı xəbərləri təsdiqləyib və baş vermiş insidentlə əlaqədar olaraq daxili təhqiqata başladığını elan edib.
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hərbçisi tərəfindən Livanın cənub bölgəsində İsa peyğəmbərin heykəlinin zədələnməsi rəsmi Təl-Əvivin sərt reaksiyasına səbəb olub.
Gundem.today xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar "X" hesabında paylaşım edib.
Nazir bu hərəkəti biabırçılıq kimi qiymətləndirərək, yəhudi dövləti adından bütün xristian dünyasına üzrxahlıq edib:
"Cənubi Livanda İsrail əsgəri tərəfindən xristian dini rəmzinə ziyan vurulması son dərəcə ağır və utancverici haldır. Bu qəbuledilməz davranış bizim mənəvi dəyərlərimizlə qətiyyən üst-üstə düşmür. İsrail dövləti bütün dinlərə, onların müqəddəs simvollarına ehtiramla yanaşır, inanclar arası tolerantlığı və qarşılıqlı hörməti dəstəkləyir. Bu xoşagəlməz hadisəyə görə qəlbi qırılan hər bir xristiandan üzr istəyirik".
Xatırladaq ki, bir müddət əvvəl Livan mediasında ölkənin cənubunda yerləşən Dibel yaşayış məntəqəsində İsrail ordusuna məxsus hərbçinin İsa Məsihin heykəlini sındırmasını əks etdirən kadrlar yayılıb. İsrail ordusunun komandanlığı yaydığı rəsmi açıqlamada həmin şəkildəki şəxsin həqiqətən də onların hərbi qulluqçusu olduğunu təsdiqləyib. Hadisə ilə əlaqədar SAXAL daxili təhqiqat başladıb və təqsirkarların mütləq şəkildə məsuliyyətə cəlb olunacağını bəyan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaEnn Heteuey dünyanın ən gözəl qadını seçilib - FOTO
Tanınmış Hollivud ulduzu Enn Heteuey dünyanın ən gözəl insanları siyahısında birinci yerə layiq görülüb.
DünyaRusiya səfiri Vladimir Solovyova görə İtaliya XİN-ə çağırıldı
Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov Romada Xarici İşlər Nazirliyinə çağırılıb.
Dünyaİspaniyada öküz buynuzu ilə toreadorun düz bağırsağını zədələyib
Sevilyada keçirilən korrida zamanı 512 kiloqramlıq öküz buynuzunu məşhur toreador Morante de la Pueblaya batırıb.
Dünyaİspaniyada qanlı korrida: Məşhur toreador ağır yaralandı
Sevilyada keçirilən korrida zamanı 512 kiloqramlıq öküz buynuzunu məşhur toreador Morante de la Pueblaya batırıb.