
Bibiheybət yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT – Hərəkət qismən məhdudlaşdırıldı
Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.
"Sürücülərdən alternativ olaraq "20-ci sahə" adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şosesindən istifadə etmələri xahiş olunur.
Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür", - məlumatda qeyd edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQeyri-etik ifadələr işlədən tiktoker HƏBS OLUNDU
Sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən şəxs saxlanılıb.
CəmiyyətDiplomatik xidmətə qəbul üzrə növbəti MÜSABİQƏ BAŞLAYIR
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır.
CəmiyyətHava şəraiti ilə əlaqədar neçə universitet onlayn tədrisə keçdi? - SORĞU
Son günlər müşahidə olunan dəyişkən hava şəraiti təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. Məktəblərdə şagirdlərin davamiyyətində azalma qeydə alınıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
CəmiyyətSabah Bakıda 18 dərəcə isti olacaq - 07.04.2026
Azərbaycanda aprelin 7-də gözlənilən hava şəraiti açıqlanıb.