Son dəqiqə
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcəkBakı, Abşeron və digər ərazilərdə əhalinin təxliyəsindən YENİ GÖRÜNTÜLƏRSOCAR ilin ilk iki ayında 27.4 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edibBakıda yol çökdü - AYNA-nın maşını həmin çuxura düşdü - FOTOYaxın Şərqdəki gərginlik Misir iqtisadiyyatını çökdürdü: Hökumət hərəkətə keçdiKişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Büdcədə profisit, üstəgəl neftin qiyməti: Maaş və pensiyalar artacaqmı?
Büdcədə profisit, üstəgəl neftin qiyməti: Maaş və pensiyalar artacaqmı?
İqtisadiyyat

Büdcədə profisit, üstəgəl neftin qiyməti: Maaş və pensiyalar artacaqmı?

Bu gün
13:42
0 baxış
Paylaş:

Pərviz Heydərov yazır...

Pərviz Heydərov yazır...

Azərbaycan neftinin dünya bazarındakı qiyməti durmadan artır. Belə ki, bu səbəbdən də yanvar-fevral ayları ərzində büdcə gəlirləri 6.3 milyard manatı ötüb keçib. Başqa sözlə, cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 6 milyard 311 milyon 500 min manat təşkil edib ki, bu da proqnozdan 58.3 milyon manat və ya 0.9% üstün olub.

Bu zaman vergi gəlirləri üzrə daxilolmalar 3 milyard 654 milyon 900 min manat məbləğinə bərabər olmaqla proqnozdan 3%, qeyri-vergilər üzrə isə 2 milyard 656 milyon 400 min manat olaraq 1.7% az səviyyədə yerinə yetirilib.

Ümumiyyətlə, dövlət büdcəsi gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 milyard 2 milyon manat təşkil edərək proqnozdan 79.5 milyon manat və ya 2.7% çox, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983 min 100 manat (proqnozdan 3.1 milyon manat və ya 0.3%), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9.8 milyon manat (proqnozdan 0.9 milyon manat və ya 10.2%), sair daxilolmalar 63.4 milyon manat (proqnozdan 15.7 milyon manat və ya 32.9%) artıq, Dövlət Neft Fondundan (ARDNF) transfert isə 2 milyard 140 milyon manat təşkil edərək proqnoza qarşı 100% icra olunub.

İlin ilk ayları ərzində dövlət büdcəsinin gəlirləri üzrə proqnoza bu cür riayət əslində, rastlanan faktordur. Ancaq, bunda bilavasitə iqtisadi artım və sair kimi amillərin hər hansı bir təsiri və rolu heç vaxt olmayıb və bu dəfə də yoxdur.

Qeyd edim ki, analoji dövrlərdə dövlət büdcəsi üzrə xərclər də adətən kəsirlə yerinə yetirilir. Yanvar-fevral aylarında dövlət büdcəsi üzrə xərclər 4 milyard 803 milyon 400 min manat proqnoza qarşı 4 milyard 643 milyon 100 min manat məbləğində icra edilib ki, bu da 96.7% deməkdir.

"Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti bu arada son 18 illik rekordu aşaraq 14.168 ABŞ dolları təşkil edib. Xatırladım ki, bir barel neft indiyədək məsələn, "Brent" markası üzrə ən baha olaraq 2008-ci ilin iyulunda 147.50 ABŞ dolları həddində qeydə alınıb.

Son zaman ərzindəsə ən kəskin ucuzlaşma 2020-ci ilin aprelində, pandemiya zamanı baş verib: "Brent" qısa müddət çərçivəsində 9.33 dollar olmuşdu. Tarixin ən aşağı göstəricisi isə 1998-ci ilin dekabrında 9.12 dollar səviyyəsində qeydə alınıb.

Qeyd edim ki, ölkəmiz üçün 55-60 ABŞ dolları ən məqbul hədd sayılır. Cari il üzrə dövlət büdcəmizdə 65 dollar müəyyən edilsə də...

Dövlət büdcəsinin profisitlə icrası neft faktoru ilə əlaqədar meydana çıxmır. Necə ki, yanvar-fevral aylarının da nəticəsi bununla əlaqədar deyil. Neftdən gələn artıq gəlir ARDNF-ə toplanır ki, buradan da qabaqcadan müəyyən edilmiş bəlli bir məbləğ üzrə transfert olaraq büdcəyə köçürülür. Məsələn, cari il üçün bu məbləğ 12 milyard 750 milyon manat proqnozlaşdırılıb. Dünya bazarlarında qiymətin necə olacağından asılı olmayaraq bu vəsait büdcəyə köçürülməlidir və köçürüləcək də...

Odur ki, neft bahalaşıb deyə ölkəmizdə misal üçün dərhal maaş və pensiyalar artırılmalıdır, yaxud artmalıdır kimi irəli sürülən bir sıra fikir və sorğular əsassızdır, məntiqə uyğun deyil. Bunun üçün dövlət büdcəsinin gəlir, xərclər hissəsinə yenidən baxılmalı, dürüstləşdirmə aparılmalıdır. Dünya bazarlarında neftin real qiymət səviyyəsinə görə hökumətin bu il qeyd olunan addımı atıb, atmayacağı isə hələ bəlli deyil. Lakin lap, cari ilin dövlət büdcəsində dürüstləşdirmə aparılsa, xərclər artırılsa da belə, sosial yönümdə maliyyələşdirmə genişləndirilməyəcək. Bu bəlkə də çox ciddi səhv olardı.

Çünki hazırda çox həssas bir vəziyyətdir. Neftin bahalaşması ölkəyə həm də inflyasiya idxalı yaradır ki, artıq, hökumət qurumları da bunu etiraf edir və vəziyyətin getdikcə çətin ola biləcəyini proqnoz edirlər. Ona görə də növbəti sosial islahat paketi (özü də ilin ikinci yarısında) effektsiz nəticə verə bilər. Bu, ən yaxşı halda, növbəti ildə baş tuta bilər.

Yeri gəlmişkən, 2019-cu ildən bəri, ölkədə ötən il də daxil olmaqla beş sosial islahat paketi həyata keçirilib ki, minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya üç dəfəyə kimi, müavinət və təqaüdlərin həddisə beş dəfədən çox artırılıb. Sözün qısası, əməkhaqqıları və pensiyalar həmişə mərhələlərlə artırılıb və bundan sonra da artırılacaq, ancaq bu, heç vaxt neftə görə edilməyib və edilməyəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Pərviz_Heydərov#Azərbaycan#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İqtisadiyyat_Nazirliyi_yanında_Dövlət_Vergi_Xidməti#İqtisadiyyat_Nazirliyi#Dövlət_Gömrük_Komitəsi_(DGK)#Dövlət_büdcəsi#Azərbaycan_Respublikası#Əmlak_Məsələləri_Dövlət_Xidməti_(ƏMDX)#Dövlət_büdcəsi_-_2025

Oxşar Xəbərlər

SOCAR ilin ilk iki ayında 27.4 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edibİqtisadiyyat

SOCAR ilin ilk iki ayında 27.4 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 27.4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

Bu gün
15:230
SOCAR-dan sosial layihəyə dəstək: Ukraynaya neçə milyon dollar sərmayə ayrıldı? - VİDEOİqtisadiyyat

SOCAR-dan sosial layihəyə dəstək: Ukraynaya neçə milyon dollar sərmayə ayrıldı? - VİDEO

SOCAR Ukraynada daha bir sosial layihəyə dəstək verib. Belə ki, "SOCAR Ukraine" Ukrayna ampfutbol çempionatının maliyyə tərəfdaşı kimi çıxış edir.

Bu gün
14:363
Dünya iqtisadiyyatı uçurumun kənarında: Neftin qiyməti 200 dollara yüksələ bilərİqtisadiyyat

Dünya iqtisadiyyatı uçurumun kənarında: Neftin qiyməti 200 dollara yüksələ bilər

ABŞ və İsrailin İrana qarşı apardığı müharibə bir aydan artıqdır ki, davam edir. ABŞ və İsrail havada və suda üstünlüyə nail ola biliblər, lakin bu, İran raketlərinin və dronlarının İsrail şəhərlərinə və Körfəz ölkələrinə davam edən hücumlarının qarşısını almır. Regionda artan gərginlik təkcə hərbi sahədə deyil, siyasi və iqtisadi müstəvidə də ciddi təsirlər yaradır.

Dünən
00:362
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEOİqtisadiyyat

Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO

Son dövrlərdə ət bazarlarında çəpiş ətinə marağın kəskin artması müşahidə olunur.

Dünən
23:241