
Biləcəri dəmiryol stansiyasında piyada keçidi təhlükə yaradır - Sərnişinlərdən ŞİKAYƏT - VİDEO
Bakının Biləcəri dəmir yolu stansiyasında qatarlara minmək və düşmək istəyən sərnişinlər məcburən yerüstü piyada keçidindən istifadə edirlər. Lakin keçidin vəziyyəti ürəkaçan deyil, əksinə, olduqca təhlükəlidir. Buradan enərkən ən kiçik diqqətsizlik belə insan həyatı üçün ciddi risk yarada bilər.
Bakının Biləcəri dəmir yolu stansiyasında qatarlara minmək və düşmək istəyən sərnişinlər məcburən yerüstü piyada keçidindən istifadə edirlər. Lakin keçidin vəziyyəti ürəkaçan deyil, əksinə, olduqca təhlükəlidir. Buradan enərkən ən kiçik diqqətsizlik belə insan həyatı üçün ciddi risk yarada bilər.
"Betonlar dağılıb, yalnız dəmirlər qalıb. Mənim gözlərim zəif görür, düşərkən az qala yıxılırdım", - sakinlərdən biri Baku TV-yə bildirib.
"Bunu sovet hökuməti tikib. Təxminən 1975-ci ildən belə vəziyyətdədir", - başqa bir sakin qeyd edib.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, Biləcəri stansiyasında yerüstü piyada keçidinin yenilənməsi məqsədilə layihələndirmə işləri artıq aparılıb. Müvafiq vəsait ayrıldıqdan sonra tikinti işlərinə başlanılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEO
Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır.
Cəmiyyət"Makler evləri" almaq istəyənlərin NƏZƏRİNƏ: Müştəriləri hansı risklər gözləyir? - VİDEO
Son illər daşınmaz əmlak bazarındakı bahalaşma nisəbətən ucuz təklif edilən "makler evləri"nə marağı artırıb.
CəmiyyətADY-nin tikintisi yekunlaşmaq üzrə olan "Dərnəgül" dayanacağından EKSKLÜZİV GÖRÜNTÜLƏR
Abşeron dairəvi dəmiryol xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında tikinti işləri yekunlaşmaq üzrədir.
Cəmiyyət"Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər? - VİDEO
Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir.