
Vens: "İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə əməl etməyəcək"
"İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs şərtlərinin özünə aid hissəsinə əməl etməyəcək".
"İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs şərtlərinin özünə aid hissəsinə əməl etməyəcək".
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Macarıstandan yola düşməzdən əvvəl jurnalistlərlə söhbəti zamanı Hörmüz boğazının açılma müddəti ilə bağlı sualı cavablandırarkən bildirib.
"Biz hesab edirik ki, boğazın açılmasına dair əlamətlər var. Prezident Donald Tramp açıq şəkildə bildirdi ki, biz atəşkəs və danışıqlar barədə razılığa gəlmişik. Biz buna hazırıq, onlar isə öz tərəflərindən boğazı açmalıdırlar. Əgər bu, baş verməsə, əgər İran razılaşmaların özünə aid hissəsinə əməl etməsə, prezident də öz hissəsinə riayət etməyəcək", - deyə Vens qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAktyor Metyu Perrinin ölümü ilə əlaqədar "ketamin kraliçası" azadlıqdan məhrum edildi
ABŞ-də "ketamin kraliçası" ləqəbini almış Casvin Sanqa tanınmış aktyor Metyu Perrinin ölümü ilə əlaqədar iş üzrə 15 il azadlıqdan məhrum edilib. Məhkəmə müəyyən edib ki, məhz o, aktyora ölümcül dozada maddə ötürüb.
DünyaLivanda ümummilli matəm elan edildi
İsrailin Beyrut və ölkənin digər şəhərlərini bombalaması nəticəsində 254 vətəndaşın həlak olması ilə əlaqədar aprelin 9-da Livanda ümummilli matəm elan edilib.
DünyaVens: "ABŞ İrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı vəd verməyib"
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Vaşinqtonun Tehrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı heç bir vəd vermədiyini və tərəflər arasında anlaşılmazlıq olduğunu bildirib.
DünyaBenyamin Netanyahu: "İsrailin İranla bağlı yerinə yetirilməmiş hədəfləri var"
"İsrailin İranla bağlı hələ də yerinə yetirilməmiş hədəfləri var və biz onlara bu və ya digər şəkildə nail olacağıq".