
Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü
Biləsuvarda ana yemək üstündə qızını döyüb.
Biləsuvarda ana yemək üstündə qızını döyüb.
Gundem.today Lent.az-a istinadən xəbər verir ki, hadisə Amankənd kəndində qeydə alınıb.
Kənd sakini, 65 yaşlı Firuzə Əsədova (ad və soyad şərtidir) mübahisə zamanı qızını döyüb. Hadisəyə səbəb qızın öz övladına atasıgilin yeməyindən pay vermək istəməsi olub. Belə ki, Firuzə Əsədova qızının bu hərəkətinə irad bildirib və bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı ana qızının yaxasından tutaraq yerə yıxıb. Sonra təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə zərərçəkən xüsusən sifətindən müxtəlif xəsarətlər alıb.
Bu əməlinə görə, F.Əsədova saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyərək cinayət təqibinə xitam verilməsini istəyib.
Zərərçəkən şəxs də həmçinin ona dəyən ziyanın tam ödənildiyini bildirərək anasına qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və Firuzə Əsədova məsuliyyətdən azad olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəSinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - DİREKTORDAN AÇIQLAMA - VİDEO
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
HadisəSinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR - VİDEO
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
HadisəƏrindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ
Abşeron rayonunda kişi üç uşaq anası olan sevgilisini döyüb.
HadisəAğsuda üç avtomobil toqquşan maşınlara ÇIRPILDI: Xəsarət alanın vəziyyəti açıqlandı
Ağsu rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.