Son dəqiqə
Xəzinədarlıqda rəqəmsal dönüş: "Maliyyə Hesabatlılıq Portalı" büdcəyə nəzarəti gücləndirirTürkiyəli güləşçi Rıza Kayaalp adını tarixə yazdırdıTramp İranla atəşkəs rejiminin uzadıldığını AÇIQLADIOrban Macarıstan prezidentini müdafiə edibABŞ İrana qarşı sanksiyaları genişləndiribÜrəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılar
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdi
İran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdi
Dünya

İran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdi

Bu gün
23:18
0 baxış
Paylaş:

İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü çıxarılması ilə bağlı iddiasını təkzib edib.

İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü çıxarılması ilə bağlı iddiasını təkzib edib.

Gundem.today "Mehr" agentliyinə istinadən xəbər verir ki, İran rəsmiləri bu iddianı əsassız adlandırıblar.

Bildirilib ki, ABŞ lideri etibarsız məlumatlara istinad edərək İranda səkkiz qadının edama məhkum edildiyini iddia edib. Agentliyin məlumatına görə, aparılan araşdırmalar nəticəsində belə bir hökmün çıxarılmadığı müəyyən olunub.

Qeyd edək ki, aprelin 21-də Donald Tramp öz sosial şəbəkə hesabında İran rəhbərliyinə müraciət edərək, saxlanılan səkkiz qadının ABŞ nümayəndə heyəti ilə danışıqlar ərəfəsində azad olunmasını tələb edib.

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini qadınları həbsdən azad etməyə çağırıb.

Gundem.today xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" platformasındakı hesabında "X" sosial şəbəkəsində paylaşılmış bir görüntünün skrinşotunu yayımlayaraq bildirib.

"Yaxın zamanda mənim təmsilçilərimlə görüşəcək İran rəhbərliyinə səslənirəm: Həmin qadınları sərbəst buraxsanız, sizə böyük minnətdarlığımı bildirərəm. Əminəm ki, onlar da sizin bu addımınızı yüksək qiymətləndirəcəklər. Lütfən, onlara heç bir xətər yetirməyin! Bu addım gələcək danışıqlarımız baxımından möhtəşəm başlanğıc ola bilər. Mövzunu diqqət mərkəzinə gətirdiyiniz üçün təşəkkür edirəm", - deyə Donald Tramp qeyd edib.

Sözügedən paylaşım Eyal Yakobi adlı istifadəçi tərəfindən yayımlanıb və şəkildəki qadınların kimliyi barədə məlumat verilməyib.

Bir sıra sosial şəbəkə istifadəçiləri isə həmin görüntülərin süni intellekt vasitəsilə hazırlandığını iddia edirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Truth_Social_şəbəkəsi

Oxşar Xəbərlər

Tramp İranla atəşkəs rejiminin uzadıldığını AÇIQLADIDünya

Tramp İranla atəşkəs rejiminin uzadıldığını AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadılması barədə göstəriş verdiyini bildirib.

Bu gün
00:360
Orban Macarıstan prezidentini müdafiə edibDünya

Orban Macarıstan prezidentini müdafiə edib

Macarıstanın Baş naziri Viktor Orban ölkə Prezidenti Tamaş Şuyoku müdafiə edib.

Bu gün
00:340
ABŞ İrana qarşı sanksiyaları genişləndiribDünya

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib.

Bu gün
00:320
Pentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıbDünya

Pentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıb

ABŞ Hərb Nazirliyi (Pentaqon) Prezident Donald Tramp administrasiyası tərəfindən 2027-ci maliyyə ili üçün təklif olunan 1.5 trilyon dollar məbləğində müdafiə büdcəsinin təfərrüatını dərc edib.

Bu gün
00:040