
Bill və Melinda Qeyts Fondunun Epşteynlə əlaqələri yoxlanılacaq
Bill və Melinda Qeyts Fondu yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynlə əlaqələrə dair xarici araşdırma başladıb.
Bill və Melinda Qeyts Fondu yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynlə əlaqələrə dair xarici araşdırma başladıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti şirkətin əməkdaşlarına göndərilən elektron məktuba istinadən məlumat verib.
Təşkilatda, həmçinin yaxın illərdə 500-ə qədər iş yerinin və ya işçilərin təxminən 20%-inin ixtisar edilməsi planlaşdırılır. Qəzet qeyd edir ki, fond və onun həmtəsisçisi, "Microsoft"un təsisçisi Bill Qeyts milyarderin Epşteynlə əlaqələrinin ortaya çıxmasından sarsılıb.
"Bu, təşkilatımız üçün bir çox cəhətdən çətin dövrdür, lakin bu, həm də artıq indi sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayır", - deyə Qeyts Fondunun baş direktoru Mark Suzman xidməti qeyddə yazıb.
Onun sözlərinə görə, xarici araşdırmanı hələ fevral ayında başladıb, mart ayında isə Qeyts və direktorlar şurasının müstəqil üzvlərinin dəstəyi ilə başladılıb. Fond araşdırma ilə bağlı məlumatları bu yay almağı planlaşdırır.
Daha əvvəl Uilyam X.Qeyts Fondu kimi tanınan qurum Bill və Melinda Qeyts tərəfindən təsis edilmiş özəl fonddur. Fond 2000-ci ildə açılıb və 50.7 milyard dollarlıq aktivləri ilə ABŞ-nin ən böyük özəl fondu hesab olunur. Fondun əsas məqsədləri səhiyyənin qlobal yaxşılaşdırılması, yoxsulluğun azaldılması, təhsil imkanlarının genişləndirilməsi və informasiya texnologiyalarına çıxışın artırılmasıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaQarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib
Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən "Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
DünyaQarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib - VİDEO
Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən "Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
DünyaBrent markalı neftin qiyməti 102 dolları ötüb
Londonun ICE birjasında Brent markalı neftin 2026-cı ilin iyun tədarükü üzrə füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə 102 dolları ötüb.
Dünya"Brent" markalı neftin qiyməti 102 dolları ötüb
Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin iyun tədarükü üzrə füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə 102 dolları ötüb.