Son dəqiqə
İtaliya A Seriyası: "Yuventus" autsayder "Verona"nı məğlub edə bilmədi - VİDEOƏraqçı: "ABŞ İranın 14 maddəlik planına cavab verib"Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdüSabiq məşqçi Aleks Fergüson stadiondan xəstəxanaya aparıldıSumqayıtda fəhlə iş zamanı ÖLDÜPremyer Liqa: "Zirə" minimal hesabla qalib gəldi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya
Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya
İqtisadiyyat

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bu gün
21:00
0 baxış
Paylaş:

Bu gün bir dostunuza pul göndərmək üçün banka möhtacsınız. Komissiya ödəyirsiniz. Gözləyirsiniz. Bəzən əməliyyat saatlarını belə gözləməlisiniz.

Bu gün bir dostunuza pul göndərmək üçün banka möhtacsınız. Komissiya ödəyirsiniz. Gözləyirsiniz. Bəzən əməliyyat saatlarını belə gözləməlisiniz.

Amma sadə bir sual var: niyə? Əgər siz eyni pulu dostunuza əlbəəl verəndə heç kim sizdən pay istəmirsə, niyə internet üzərindən edəndə bir sistemə "icazə" və "komissiya" verməlisiniz?

2008-ci ildə Satoşi Nakamoto məhz bu sualı qapalı bir e-mail qrupunda ortaya qoydu. O, 8 səhifəlik texniki sənəd paylaşdı - konkret problemin konkret həlli.

Bu sənəddə bank sistemindəki problemləri və alternativ yanaşmanı izah edirdi. Əsas məqam isə bu idi: o, yeni bir ixtira etdiyini iddia etmirdi. Mövcud texnologiya və alqoritmləri birləşdirərək kompozit həll modeli təqdim edirdi.

Həmin dövrdə bu sənəd kiçik bir qrupun diqqətini çəkdi. Onun ətrafında müzakirələr başladı, fikir mübadiləsi aparıldı. Müzakirələr genişləndikcə,, maraq artdı və bu mühit ideyanın inkişafını sürətləndirdi. Nəticədə 2009-cu ildə ilk "Bitcoin" ortaya çıxdı.

2010-cu ildə Satoşi naməlum səbəbdən yoxa çıxdı. Uzun müddət ondan xəbər alınmadı. 2011-ci ildə yaydığı qısa mesajda layihə ilə artıq məşğul olmayacağını və rəhbərliyi başqalarına ötürdüyünü bildirdi. Bundan sonra bir daha ondan xəbər çıxmadı.

Bəs Satoşinin təklif etdiyi həll nə idi?

Onun təklifi sadə idi: internet üzərindən pul köçürmələrində komissiyaları aradan qaldırmaq və ya minimuma endirmək. Üstəlik, bu əməliyyatlar günün istənilən vaxtında, dünyanın istənilən nöqtəsinə, bir neçə dəqiqə ərzində həyata keçirilə bilərdi. Bu prosesdə bank kimi vasitəçilərə ehtiyac olmaya bilərdi.

Bu ideyalar müzakirə edildi, təkmilləşdirildi və nəticədə bütün dünyada böyük maraq doğuran "Bitcoin" dalğası başladı.

Bu gün bir çox insan "Bitcoin"i kağız pulun gələcəyi kimi görür. Gələcəkdə fiziki pulun dövriyyədən çıxaraq rəqəmsal valyutalarla əvəz olunacağını düşünənlərin sayı kifayət qədərdir. Amma bunun hələ tez olduğunu deyənlər də az deyil.

Bəzi tənqidçilər, məsələn Con Kuiggin, "Bitcoin"in bir "köpük" olduğunu iddia edir. Digər tərəfdən isə bu aktivin ciddi qəbul olunmalı bir dəyər olduğu da açıqdır. Çünki bir çox ölkədə həm fərdi səviyyədə istifadə olunur, həm də dövlətlər tərəfindən müəyyən səviyyədə tanınır.

Uzunmüddətli perspektivdə - 20-30 il ərzində - kağız pulun dövriyyədən çıxması mümkündür. Amma bu, o demək deyil ki, onun yerini birbaşa "Bitcoin" tutacaq. Daha real ssenari budur: dövlətlər bu texnologiyanı mənimsəyərək öz rəqəmsal valyutalarını yaradacaqlar. Bu baxımdan "Bitcoin" sadəcə ilkin mərhələdir.

"Bitcoin"i gələcəyin texnologiyasının sadələşdirilmiş versiyası kimi də qiymətləndirmək olar. Bu texnologiya inkişaf edəcək, daha təkmil versiyalar ortaya çıxacaq və sistemdəki çatışmazlıqlar aradan qaldırılacaq. Nəticədə dövlətlər öz rəqəmsal pullarını tətbiq etdikcə, kağız pul tədricən sıradan çıxacaq.

"Bitcoin"in dəyərinə gəldikdə isə: onun daxili ("intrinsic") dəyəri yoxdur. Dəyəri insanların ona göstərdiyi maraq və qəbul səviyyəsi ilə formalaşır. Tələb artdıqca qiymət yüksəlir, azaldıqca isə düşür.

Üstəlik, dövriyyədə olan "Bitcoin" miqdarı məhduddur və yeni "Bitcoin" istehsalı əvvəlcədən müəyyən edilmiş qaydalara tabedir. Bu səbəbdən tələb sürətlə artdıqda qiymət də kəskin yüksələ bilir.

Dəyərinin insan davranışına bağlı olması isə onu çox volatil edir - yəni qiyməti qısa müddətdə sürətlə qalxıb enə bilir. Bu da manipulyasiya riskini artırır. Sosial mediada tanınmış şəxslərin bu barədə açıqlamaları isə bazara ciddi təsir göstərmək iqtidarındadır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Bitcoin#Kriptovalyuta#blokçeyn#Bank_sistemi#Yeni_texnologiyalar

Oxşar Xəbərlər

Valeri Levkov: "Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq"İqtisadiyyat

Valeri Levkov: "Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq"

"Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq".

Bu gün
17:180
Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?İqtisadiyyat

Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə diqqətçəkən bir gedişlə qızıl ehtiyatının bir hissəsini satıb. Rəsmi göstəricilərə əsasən, Fond cari ilin yanvar-mart aylarında 21.9 ton qızıl sataraq ümumi qızıl ehtiyatlarını 178.1 tona qədər azaldıb. Bu qismən azalmaya baxmayaraq, aprelin 1-nə olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi hələ də kifayət qədər yüksək - 35.6 faiz (26.,1 milyard dollar) olaraq qalır. Bəs, ARDNF-in məhz indi aktiv satışa keçməs

Bu gün
05:000
Avropada qaz ehtiyatları beşillik minimuma düşdüİqtisadiyyat

Avropada qaz ehtiyatları beşillik minimuma düşdü

Avropada yeraltı qaz anbarlarının (YQS) doldurulma səviyyəsi aprelin sonunda 32.73%-ə çatıb ki, bu da son beş ildə minimum göstəricidir.

Dünən
14:240
Azərbaycan nefti ucuzlaşıbİqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.

Dünən
10:440