
Premyer Liqa: "Zirə" minimal hesabla qalib gəldi
Misli Premyer Liqasında 30-cu turun daha bir oyunu keçirilib.
Misli Premyer Liqasında 30-cu turun daha bir oyunu keçirilib.
Gundem.today xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib.
Zirə Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 78-ci dəqiqədə Martins Junior vurub.
Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" dördüncü pillədə qərarlaşıb. "Qəbələ" 20 xalla 11-ci sıradadır.
Misli Premyer Liqasının 30-cu turunda "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib.
Gundem.today xəbər verir ki, cari mövsüm çempionluğu rəsmiləşdirən "bayquşlar" səfərdə 3:0 hesablı qələbəyə seviniblər.
Qolları Stiv Solvet (37), Coy-Lens Mikels (77) və Umarali Raxmonaliyev (90+1 pen.) vurublar.
Bu nəticədən sonra lider "Sabah" xallarının sayını 75-ə çatdırıb. "Şamaxı" isə 35 xalla səkkizinci sırada qalıb.
Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.
Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.
Gundem.today xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirən "Sabah" "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.
Birinci pillədəki "Sabah"ın 72, meydan sahiblərinin 35 xalı var.
Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionundakı görüş saat 18:30-da başlayacaq. "Qartallar" 46 xalla beşinci, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBelqraddan Bakıya birbaşa uçuşlar başlayıb
"Air Serbia" aviaşirkətinin Serbiya ilə Azərbaycan arasında birbaşa uçuşları başlayıb.
CəmiyyətXırdalanda yük avtomobili PROBLEMİ: "Təhlükəli vəziyyət yaranıb" - VİDEO
Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yolun həm sağ, həm də sol tərəfində iri yük avtomobilləri park edilib.
Cəmiyyət15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü
Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.
CəmiyyətXəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?
Son vaxtlar Xəzər dənizi akvatoriyasında ardıcıl zəlzələlər müşahidə olunur. Seysmoloji xidmətlərin məlumat bazalarında bu hadisələr əsasən kiçik və ortamaqnitudalı təkanlar kimi təsnif edilir. Aprel ayında Xəzər dənizində 16-dan 18-ə qədər zəlzələ qeydə alınıb. Bu aktivlik çərçivəsində, xüsusilə aprelin 8-də 5.3 maqnitudalı, aprelin 12-də isə 4.6 maqnitudalı zəlzələlər baş verib.