
Bir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödənilə bilər.
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödənilə bilər.
Gundem.today APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Bu qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatTDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - VİDEO
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın təşkilata üzv ölkələrlə ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır.
İqtisadiyyatAbdulkadir Uraloğlu: "Zəngəzur dəhlizi daşımalarda vaxta xeyli qənaət edəcək"
"Çindən gələn yüklər Xəzər dənizi vasitəsilə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya daşınır, Zəngəzur dəhlizi isə bu marşruta alternativ olacaq".
İqtisadiyyatİsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb
İsveçin "Agenda Nexus" analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.
İqtisadiyyatAlmaniya Azərbaycana biznes-missiya göndərəcək
Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi Azərbaycan və Qazaxıstana biznes-missiya təşkil edəcək.