
İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb
İsveçin "Agenda Nexus" analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.
İsveçin "Agenda Nexus" analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məqalədə qlobal enerji bazarlarında qeyri-sabitliyin artmasının və əsas təchizat marşrutlarında risklərin çoxalmasının Avropanı alternativ enerji mənbələri və yeni nəqliyyat yolları axtarmağa vadar etdiyi vurğulanıb. Bu şəraitdə Azərbaycanın həm etibarlı enerji təchizatçısı, həm də mühüm tranzit qovşağı kimi mühüm rolu diqqətə çatdırılıb.
Yazıda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı xarici siyasət yürüdür. Ölkə İsraillə strateji münasibətlərini gücləndirir, eyni zamanda Avropa və ABŞ ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirir.
Məqalədə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracından əlavə, elektrik enerjisi, yaşıl enerji və hidrogen sahələrində infrastrukturunu inkişaf etdirdiyi də önə çəkilib. Bildirilib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizindəki zəngin enerji ehtiyatları onun uzun müddət etibarlı tərəfdaş olmasına imkan verəcək.
Portalda həmçinin regional ticarətin genişlənməsi baxımından Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunulub. Layihənin nəqliyyat və enerji sahələrində əlaqələri gücləndirəcəyi və qeyri-sabit marşrutlardan asılılığı azaldacağı xüsusi qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatTDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - VİDEO
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın təşkilata üzv ölkələrlə ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır.
İqtisadiyyatAbdulkadir Uraloğlu: "Zəngəzur dəhlizi daşımalarda vaxta xeyli qənaət edəcək"
"Çindən gələn yüklər Xəzər dənizi vasitəsilə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya daşınır, Zəngəzur dəhlizi isə bu marşruta alternativ olacaq".
İqtisadiyyatAlmaniya Azərbaycana biznes-missiya göndərəcək
Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi Azərbaycan və Qazaxıstana biznes-missiya təşkil edəcək.
İqtisadiyyatBir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödənilə bilər.