
BMT-nin Vyana ofisində WUF13-lə bağlı tədbirlər keçirilib
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını ictimaiyyətə təqdim etmək məqsədilə BMT-nin Vyana ofisində və ATƏT-in Vyanadakı mənzil-qərargahında təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda tədbirlər keçirilib.
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını ictimaiyyətə təqdim etmək məqsədilə BMT-nin Vyana ofisində və ATƏT-in Vyanadakı mənzil-qərargahında təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda tədbirlər keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə məlumat "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında paylaşılıb
"Tədbirlər Azərbaycanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Məskunlaşma Proqramı (UN-Habitat), ATƏT və Vyana şəhər meriyası tərəfindən birgə təşkil olunub", - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, tədbirlər çərçivəsində Bakıda keçiriləcək WUF13-ün hazırlıq işləri, eləcə də bu kontekstdə Azərbaycanın əsas məqsədləri barədə məlumat verilib. Həmçinin şəhərsalma, yaşıl transformasiya, iqlim dəyişikliyi, dayanıqlı şəhərlər və əlçatan mənzil təminatı mövzularında müzakirələr aparılıb. Bundan əlavə, iştirakçılar şəhərlərin inkişafı və transformasiyası kontekstində Vyana, Bakı və Bazel şəhərlərinin təcrübələri ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələrdə Azərbaycan tərəfini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparat rəhbərinin müavini və WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva və Xarici İşlər Nazirliyinin İqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev təmsil ediblər.
Tədbirlərdə Vyanada yerləşən beynəlxalq və regional təşkilatlarda akkreditə olunmuş ölkələrin nümayəndələri, eləcə də müvafiq ekspertlər iştirak ediblər.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mayın 17-22-də Bakıda keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatMüslüm Cabbarzadə nazir müavini TƏYİN EDİLDİ - FOTO
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinə yeni müavin təyin olunub.
İqtisadiyyat"Azərkosmos"un nizamnamə kapitalı artırılıb
Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Nizamnamə kapitalında dəyişiklik olunub.
İqtisadiyyatABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır - FOTO
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.
İqtisadiyyatErmənistandan Azərbaycana göndərilən məhsul nə olub? - RƏSMİ
"Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızılgül idxal edilib."