
Boks üzrə Azərbaycan millisi Braziliyadakı Dünya Kubokunda ikinci oldu - FOTO
Boks üzrə Azərbaycan millisi Braziliyanın Fos-du-İquasu şəhərində keçirilmiş Dünya Kubokunda komanda hesabında ikinci olub.
Boks üzrə Azərbaycan millisi Braziliyanın Fos-du-İquasu şəhərində keçirilmiş Dünya Kubokunda komanda hesabında ikinci olub.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, 49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komanda Dünya Kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.
Finalda Sübhan Mamedov (50 kq) İssam Bensayar (Mərakeş) ilə döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.
Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandanın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.
Millinin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya Kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.
Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya Kubokunu komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.
Qeyd edək ki, boksçular Vətənə aprelin 29-da qayıdacaqlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Liverpul"da ciddi itki: Məhəmməd Salah mövsümü yarımçıq başa vurdu
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında "Kristal Pelas"la oyunda (3:1) ciddi zədə alması səbəbindən mövsümü yarımçıq başa vurub.
İdmanMəşhur avtomobil yarışında 27 maşın toqquşdu - VİDEO
ABŞ-nin Alabama ştatında NASCAR yarışında avtomobillərin zəncirvari toqquşması baş verib.
İdmanDünya çempionatına 45 gün qaldı: ÇEXİYA - "Narodnı tim" - VİDEO
Çexiya ("Narodnı tim") 2026-cı il dünya çempionatına vəsiqəni olduqca dramatik şəkildə təmin etdi. UEFA pley-off mərhələsində İrlandiya Respublikası və Danimarka üzərində penaltilər seriyasındakı ardıcıl qələbələr sayəsində komanda 20 illik fasilədən sonra yenidən qlobal turnirə vəsiqə qazanıb.
İdmanMisli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib
Bu gün futbol üzrə Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.