
Boşa çıxan "təşəbbüs"lər və Bakı faktoru: Fransa regionda niyə istədiyini ala bilmir? - VİDEO
Cənubi Qafqazda geosiyasi proseslər son illərdə yeni mərhələyə daxil olub. Regionda yaranmış yeni reallıqlar Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini bir-biri ilə daha əlaqəli prosesə çevirib.
Cənubi Qafqazda geosiyasi proseslər son illərdə yeni mərhələyə daxil olub. Regionda yaranmış yeni reallıqlar Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini bir-biri ilə daha əlaqəli prosesə çevirib.
Bu barədə Baku TV-nin süjetində deyilir.
Bildirilir ki, bu fonda Fransa başda olmaqla bəzi xarici aktorlar regionda daha fəal rol almağa çalışır və müxtəlif diplomatik təşəbbüslərlə təsir imkanlarını genişləndirməyə cəhd göstərirlər.
"Lakin mövcud reallıq göstərir ki, Cənubi Qafqazda regional normallaşma proseslərini bir-birindən ayrı şəkildə həyata keçirmək mümkün deyil. Bu vəziyyətin tarixi kökləri 2009-cu ildə imzalanmış Sürix protokollarına gedib çıxır. Həmin sənədlər Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin açılmasını nəzərdə tuturdu. Ancaq proses uzunömürlü olmadı. Bunun əsas səbəbi keçmiş Qarabağ münaqişəsi və Azərbaycanın mövqeyi idi. Türkiyə həm ictimai-siyasi səviyyədə, həm də dövlət siyasəti baxımından Azərbaycan faktorunu nəzərə almadan Ermənistanla münasibətləri normallaşdırmağın mümkün olmadığını nümayiş etdirdi.
Nəticədə protokollar ratifikasiya edilmədi və proses faktiki olaraq iflasa uğradı. Hazırda regionda müşahidə olunan dinamika da həmin dövrü xatırladır. Fransa və bəzi Avropa siyasi dairələri Ermənistan-Türkiyə münasibətlərini Ermənistan-Azərbaycan xəttindən ayrı təqdim etməyə çalışsa da, Ankara və Bakı arasında strateji koordinasiya bu yanaşmanın qarşısında əsas maneə olaraq qalır. Türkiyə üçün Azərbaycanla müttəfiqlik yalnız siyasi deyil, həm də təhlükəsizlik və regional strategiya baxımından prioritet məsələdir.
Prezident Rəcəb Tayyib Ərdoğanın dəfələrlə vurğuladığı kimi, Ankara regionla bağlı qərarlarını Bakı ilə koordinasiyalı şəkildə formalaşdırır. Digər tərəfdən, Azərbaycanın son illərdə artan siyasi, iqtisadi və hərbi gücü regiondakı balansı ciddi şəkildə dəyişib. Bakı artıq regional təhlükəsizlik və kommunikasiya layihələrinin əsas iştirakçısı kimi çıxış edir. Enerji marşrutları, nəqliyyat dəhlizləri və regional təhlükəsizlik məsələləri Azərbaycanın rolunu daha da gücləndirir. Bu səbəbdən regionla bağlı irəli sürülən beynəlxalq təşəbbüslər Bakının mövqeyi nəzərə alınaraq formalaşdırılır. Fransanın regiondakı fəallığı isə daha çox geosiyasi təsir uğrunda rəqabətin tərkib hissəsi kimi qiymətləndirilir. Paris Ermənistanla münasibətləri vasitəsilə Cənubi Qafqazda siyasi mövcudluğunu artırmağa çalışır. Lakin regionun mövcud siyasi reallığı göstərir ki, davamlı sülh və normallaşma yalnız regional aktorların maraqları uzlaşdırıldığı halda mümkün ola bilər. Xarici güclərin birtərəfli təşəbbüsləri isə praktik nəticə vermir.
Nəticə etibarilə, Ermənistan-Türkiyə münasibətlərinin gələcəyi birbaşa Ermənistan-Azərbaycan münasibətlərində əldə olunacaq irəliləyişdən asılı olaraq qalır. Cənubi Qafqazda normallaşma prosesləri artıq bir-biri ilə daha bağlı mexanizmə çevrilib və bu reallıq dəyişmədiyi müddətdə regiondakı diplomatik təşəbbüslər də məhz bu çərçivədə inkişaf edəcək", - süjetdə qeyd olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? - VİDEO
Baku TV-nin "Aktual gündəm" verilişinin yeni buraxılışında ABŞ-Çin münasibətləri müzakirə edilib.
SiyasətWUF13-ün Təşkilat Komitəsinin iclası keçirildi, tapşırıqlar verildi - FOTO
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib.
SiyasətAzərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı şəhərində Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
SiyasətZaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: "Təəccüblü deyil"
"Azərbaycanın Avropa Parlamenti (AP) ilə münasibətləri dayandırması tamamilə suveren bir addımdır və heç bir təəccüb doğurmur".