
Ulduz futbolçu xəstəxanaya yerləşdirildi: "Real Madrid"in məşqində nələr yaşanıb? - TƏFƏRRÜAT
"Real Madrid"in paltardəyişmə otağında böhran getdikcə daha da dərinləşir.
"Real Madrid"in paltardəyişmə otağında böhran getdikcə daha da dərinləşir.
Gundem.today "Haber Global"a istinadən xəbər verir ki, ötən gün komandanın məşqi zamanı baş vermiş mübahisənin təfərrüatı bəlli olub.
Bildirilib ki, yaranmış mübahisə sonradan Federiko Valverde ilə Orelyen Çuameni arasında yumruq davasına çevrilib.
İki ulduz futbolçu arasında baş tutan şiddətli davanın ardından Valverdenin xəstəxanaya yerləşdirildiyi, məşqin isə dərhal dayandırıldığı vurğulanıb.
Baş verən hadisədən sonra "Real Madrid" rəhbərliyinin təcili iclas çağırdığı və İspaniya nəhənginin paltardəyişmə otağında gərginliyin ən yüksək həddə çatdığı qeyd olunub. Klubun daxilində qütbləşmənin ciddi şəkildə artdığı və bir çox oyunçunun bir-biri ilə ümumiyyətlə danışmadığı da iddialar arasındadır.
Xatırladaq ki, İspaniya La Liqasının 35-ci turu çərçivəsində baş tutacaq matçda "Barselona" və "Real Madrid" komandaları üz-üzə gələcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanTarixdə ilk dəfə: Çempionlar Liqasının həlledici matçında ispan dueli
UEFA Çempionlar Liqası (ÇL) və Avropa Çempionlar Kubokunun tarixində ilk dəfə olaraq həlledici final matçı iki ispan mütəxəssisi qarşı-qarşıya gətirəcək.
İdmanFreddi Varqasın qolu rekord qırdı: 20 milyondan çox baxış
"Neftçi"nin vingeri Freddi Varqasın Azərbaycan Premyer Liqasının 30-cu turunda "Karvan-Yevlax"a qarşı keçirilən oyunda (0:3) vurduğu qol sosial şəbəkələrdə rekord marağa səbəb olub.
İdmanZəfərə gedən yol özü ilə oyundan keçir: Almaniya necə öz rəqibinə çevrildi? - VİDEO
Futbol bəzən sadəcə meydanda top qovmaq deyil, tarixin ən ağrılı səhifələrinin yaşıl meydandakı inikasıdır.
İdmanPSJ-nin final sevinci şəhəri qarışdırdı: Yüzlərlə saxlanılan var - VİDEO
Parisdə PSJ klubunun UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən sonra iğtişaşlar baş verib.