
Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı
Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası çərçivəsində Suqovuşanda keçirilən yarışlar başa çatıb.
Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası çərçivəsində Suqovuşanda keçirilən yarışlar başa çatıb.
Gundem.today xəbər verir ki, idmançılar reqatanın bu mərhələsində müxtəlif yaş kateqoriyalarında birnəfərlik kayak və kanoe qayıqlarında 200 metr məsafədə mübarizə aparıblar.
Azərbaycan komandasının heyətində ilk medalı Əlimurad Hacızadə qazanıb. Hacızadə birnəfərlik kayak qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində gümüş medal əldə edib.
Xatırladaq ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatası 30 aprel - 1 may tarixlərində Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanUkraynalı futbolçu Mudrik uzun müddətə diskvalifikasiya edildi
İngiltərə Futbol Assosiasiyası "Çelsi"nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudriki antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya etmək qərarına gəlib.
İdmanMourinyo "Real Madrid"ə keçəcəyi xəbərlərini şərh edib
"Mənim növbəti məqsədim "Benfika"nı UEFA Çempionlar Liqasına çıxarmaqdır".
İdman"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu
Misli Premyer Liqasının 21-ci turu çərçivəsində təxirə salınmış və böyük maraqla gözlənilən "Neftçi" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb.
İdmanAvropa nəhənglərinin maraq göstərdiyi müdafiəçi "Qarabağ"ın "radar"ında - FOTO
"Qarabağ" klubu 26 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi Juan Qulartın transferi ilə maraqlanır.