
Braziliyada 13 yaşlı yeniyetmə məktəbdə dəhşət saçdı: Ölənlər və yaralılar var - FOTO/VİDEO
Braziliyanın şimal-qərb regionunda yerləşən Akko ştatındakı məktəblərin birində silahlı insident qeydə alınıb.
Braziliyanın şimal-qərb regionunda yerləşən Akko ştatındakı məktəblərin birində silahlı insident qeydə alınıb.
Gundem.today G1 portalına istinadən xəbər verir ki, hadisə nəticəsində təhsil müəssisəsinin iki əməkdaşı həyatını itirib. Bundan əlavə, bir məktəb işçisi ayaq nahiyəsindən, bir şagird isə baldırından odlu silahla yaralanıb.
Silahlı hücumu həyata keçirən şəxs həmin məktəbin 13 yaşlı şagirdi olub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Yeniyetmənin bu addımı hansı səbəbdən atdığı hələlik bilinmir. Hadisə zamanı istifadə olunan odlu silahın sahibi olan qanuni qəyyum da polis tərəfindən nəzarətə götürülüb. Akko ştatının polisi faktla bağlı cinayət işi açıb və təhqiqat aparır.
Hadisə ilə əlaqədar ştat ərazisindəki bütün məktəblərdə tədris prosesi üç günlük dayandırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaUkrayna Rusiya ilə mayın 9-dan elan edilmiş atəşkəsdən imtina edir? - Dövlət rəsmisindən paylaşım
"Rusiyalıların hərəkətləri atəşkəsi ləğv edir".
DünyaABŞ-də atışma: Şəhər sakini iş ortaqlarını güllələdi - FOTO
ABŞ-nin Texas ştatının Kerrolton şəhərində yerləşən ticarət mərkəzində və bir yaşayış evində atışma baş verib. Atışma nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Dünya"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım
Rusiyalı astronomlar Günəşin səthində ləkələrin birləşməsindən yaranmış nəhəng ox fiquruna bənzər görüntüləri yayıblar.
DünyaAzərbaycanlı repçi üçün Moskvada "qara zolaq": Bir saat içində aktrisanın ölümü və metal yığınına dönən "Ferrari" - FOTO/VİDEO
Əslən azərbaycanlı olan tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) düşdüyü avtoqəza ilə əlaqədar istintaqın nəticəsindən asılı olaraq sürücülük hüququndan məhrum edilə və ya həbs cəzası ala bilər.