
"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım
Rusiyalı astronomlar Günəşin səthində ləkələrin birləşməsindən yaranmış nəhəng ox fiquruna bənzər görüntüləri yayıblar.
Rusiyalı astronomlar Günəşin səthində ləkələrin birləşməsindən yaranmış nəhəng ox fiquruna bənzər görüntüləri yayıblar.
Gundem.today xəbər verir ki, bu maraqlı hadisə ilə bağlı Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun rəsmi "Telegram" səhifəsində paylaşım edilib.
Mütəxəssislər bu kosmik mənzərəni zarafatyana belə şərh ediblər:
"Hazırda Günəş sistemində profilaktik təmir işləri gedir. Sağ tərəfdən uçuş həyata keçirin".
Tədqiqatçılar paylaşımı təmir xəbərdarlığına dair yol nişanı ilə onun Günəşdəki oxşarını kollaj şəklində təqdim ediblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də atışma: Şəhər sakini iş ortaqlarını güllələdi - FOTO
ABŞ-nin Texas ştatının Kerrolton şəhərində yerləşən ticarət mərkəzində və bir yaşayış evində atışma baş verib. Atışma nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
DünyaAzərbaycanlı repçi üçün Moskvada "qara zolaq": Bir saat içində aktrisanın ölümü və metal yığınına dönən "Ferrari" - FOTO/VİDEO
Əslən azərbaycanlı olan tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) düşdüyü avtoqəza ilə əlaqədar istintaqın nəticəsindən asılı olaraq sürücülük hüququndan məhrum edilə və ya həbs cəzası ala bilər.
DünyaPolşada meşə yanğınını söndürməyə gələn təyyarə qəzaya uğradı: Ölən var
Polşanın Lyublin voyevodalığına daxil olan Belqoraj rayonunun Kozaki kəndi ərazisində başlayan genişmiqyaslı meşə yanğınının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov təqribən 250 hektar meşə zolağına ziyan vursa da, yanğınsöndürənlər onun daha da genişlənməsinin qarşısını almağa müvəffəq olublar.
DünyaAbbas Əraqçı: "İran ABŞ ilə ədalətli razılaşma əldə etməyə hazırdır"
"İran hakimiyyəti münaqişənin nizamlanması məsələsində ABŞ ilə ədalətli razılaşma bağlamağa hazırdır".