"Brent"in qiyməti 100 dollardan aşağı düşüb
İqtisadiyyat

"Brent"in qiyməti 100 dollardan aşağı düşüb

8 saat əvvəl
08:24
1 baxış
Paylaş:

"Brent" növlü neftin bir barelinin dəyəri 100 dollardan aşağı düşüb.

"Brent" növlü neftin bir barelinin dəyəri 100 dollardan aşağı düşüb.

Gundem.today xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Birləşmiş Ştatların İranla olan gərginliyi tənzimləmək planlarına dair yayılan məlumatlar səbəbindən çərşənbə günü səhər saatlarında neft bazarında kəskin qiymət geriləməsi müşahidə olunub. ICE ticarət platformasında "Brent" markasının may ayı üçün füçersləri 5.09 dollar dəyər itirərək 99.4 dollara, NYMEX birjasında isə WTI markası 3.73 dollar ucuzlaşaraq 88.62 dollara qədər geriləyib.

KİV-in verdiyi məlumata görə, Vaşinqton danışıqlar prosesi çərçivəsində Tehrana 15 bənddən ibarət təkliflər paketi təqdim etsə də, qarşı tərəf hələlik buna rəsmi münasibət bildirməyib. Ekspertlərin fikrincə, atəşkəs ehtimalları güclənsə də, danışıqların yekun nəticəsi ilə bağlı qeyri-müəyyənlik hələ də qalmaqdadır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#neftin_qiyməti#brent_markalı_neft#wti_nefti#neft_ucuzlaşıb#abş_iran_münaqişəsi#neft_bazarı#qlobal_birjalar#fyuçerslər_müqaviləsi#axios#atəşkəs_danışıqları#enerji_bazarı

Oxşar Xəbərlər