"Shell" şirkətinin rəhbərindən XƏBƏRDARLIQ: "Apreldə Avropanı yanacaq qıtlığı gözləyir"
Dünya

"Shell" şirkətinin rəhbərindən XƏBƏRDARLIQ: "Apreldə Avropanı yanacaq qıtlığı gözləyir"

İndi
19:24
0 baxış
Paylaş:

"Əgər İran Hörmüz boğazında tətbiq etdiyi blokadanı aradan qaldırmazsa, gələn ay, yəni apreldə Avropa ölkələrində enerji və yanacaq qıtlığı yarana bilər".

"Əgər İran Hörmüz boğazında tətbiq etdiyi blokadanı aradan qaldırmazsa, gələn ay, yəni apreldə Avropa ölkələrində enerji və yanacaq qıtlığı yarana bilər".

Gundem.today xəbər verir ki, bu barədə "Shell" şirkətinin baş direktoru Vael Savan beynəlxalq neft konfransı zamanı bildirib.

"İlk olaraq bu zərbəni Cənub-Şərqi Asiya regionu hiss etdi, ardınca Şimal-Şərqi Asiya təsirləndi, aprel ayında isə yaranmış mürəkkəb vəziyyət daha çox Avropaya öz təsirini göstərəcək", - deyə şirkət rəhbəri çıxışında vurğulayıb.

Xatırladaq ki, "Shell" Avropa qitəsinin ən böyük neft şirkəti hesab olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Avropa_ölkələri

Oxşar Xəbərlər