
Britaniya kralı dördgünlük səfərlə ABŞ-yə gedib
Böyük Britaniya Kralı III Çarlz, həyat yoldaşı, kraliça Kamilla ilə birlikdə ABŞ-yə dördgünlük səfər ediblər.
Böyük Britaniya Kralı III Çarlz, həyat yoldaşı, kraliça Kamilla ilə birlikdə ABŞ-yə dördgünlük səfər ediblər.
Gundem.today bu barədə CNN telekanalına istinadən xəbər verir.
"Kral Çarlz və kraliça Kamilla ABŞ müstəqilliyinin 250 illiyinə həsr olunmuş dövlət səfərinə başlayaraq, Merilend ştatındakı Endryus birləşmiş bazasına eniş ediblər" - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, səfər İran müharibəsi səbəbindən ABŞ-Böyük Britaniya münasibətlərindəki gərginlik fonunda baş tutur. Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin Vaşinqtona hərbi yardım göstərməkdən imtina etməsini kəskin şəkildə tənqid edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Vens Pentaqonun hesabatlarının etibarlılığına şübhə edir
ABŞ vitse-prezidenti Cey. Di. Vens qapalı iclaslarda Pentaqonun İranla müharibə ilə bağlı təqdim etdiyi məlumatların düzgünlüyünü dəfələrlə şübhə altına alıb.
DünyaŞri-Lankada 110 kiloqramdan çox narkotik daşıyan buddist rahiblər ələ keçdilər
Şri-Lankanın hüquq-mühafizə orqanları Kolombonun şimalında yerləşən Bandaranaike Beynəlxalq Hava Limanında 110 kiloqramdan çox narkotik vasitə daşıdıqlarına görə 22 buddist rahibi saxlayıb. Bu, aeroportun tarixində qeydə alınan ən böyük narkotik müsadirəsi hesab olunur.
DünyaABŞ Ədliyyə Nazirliyi: "Məxfi Xidmət əməkdaşına kimin atəş açdığı hələ təsdiqlənməyib"
ABŞ Ədliyyə Nazirliyinə rəhbərlik edən, baş prokuror vəzifəsinin icraçısı Todd Blanş aprelin 25-də Ağ Evin rəhbəri Donald Trampın iştirakı ilə keçirilən qəbul zamanı ABŞ Məxfi Xidmət əməkdaşına Koul Tomas Allenin atəş açdığını təsdiqləməyib.
DünyaErmənistan XİN başçısının müavini: "TRIPP Mərkəzi Asiyanı Avropa ilə bağlayan geniş və strateji təşəbbüsdür"
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, praktikada TRIPP marşrutu ölkənin cənub hissəsinin Naxçıvan dəmir yolu vasitəsilə şimal hissəsi ilə birləşdirilməsini nəzərdə tutur.