Son dəqiqə
Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaqİqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilərBrent markalı neftin qiyməti 109 dolları ötübBakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcəkPrezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEOLuka Modriç mövsümü bitirdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Britaniyada yanacaq kəskin bahalaşdı: Londonda etirazlar başladı
Britaniyada yanacaq kəskin bahalaşdı: Londonda etirazlar başladı
Dünya

Britaniyada yanacaq kəskin bahalaşdı: Londonda etirazlar başladı

Bu gün
18:40
0 baxış
Paylaş:

Britaniyada yanacağın kəskin bahalaşması kütləvi narazılığa səbəb olub.

Britaniyada yanacağın kəskin bahalaşması kütləvi narazılığa səbəb olub.

Gundem.today bildirir ki, bu barədə "Standard" nəşri yazıb.

Xəbərdə bildirilir ki, Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar benzin və dizel qiymətlərinin sürətlə artması Londonun mərkəzində hökumətin passivliyinə qarşı nümayişlərə gətirib çıxarıb.

Aksiya son ictimai rəy sorğularında öndə gedən sağçı populist "Reform UK" partiyasının təşkilatçılığı ilə keçirilib. Böyük Britaniya Xəzinədarlığının binası qarşısında baş tutan mitinqə onlarla yük maşını sürücüsü, fermer və partiya üzvü qatılıb.

İştirakçıların bir qismi "Gəlin Britaniyanı Böyük Edək" yazılmış bayraqlar dalğalandırıblar. Tədbirdə İcmalar Palatasının deputatları Robert Cenrik, Riçard Tays, Sara Poçin və digər partiya nümayəndələri də iştirak ediblər.

Nümayişçilərin sözlərinə görə, digər ölkələrin hökumətləri yanacaq böhranının təsirlərini azaltmağa çalışdığı halda, rəsmi London faktiki olaraq fəaliyyətsizlik nümayiş etdirir.

Robert Cenrik bildirib: "Bu gün maliyyə naziri Reyçel Rivzə etirazımızı çatdırmaq məqsədilə Xəzinədarlığın qarşısına toplaşmışıq. Dünyanın bir çox ölkəsində hökumətlər yanacağın bahalaşmasına görə vətəndaşlarına dəstək üçün operativ addımlar atır, Britaniyada isə heç bir tədbir görülmür".

Aksiya iştirakçıları əhali üçün ünvanlı sosial yardımların ayrılmasını və vergi güzəştlərinin tətbiqini tələb ediblər.

İran ətrafında münaqişə başlayandan sonra Britaniyada benzinin bir litrinin qiyməti təxminən 25% artaraq 1,57 funt sterlinqə, dizelin qiyməti isə 49% bahalaşaraq 1,89 funt sterlinqə yüksəlib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#London#Yaxın_Şərq

Oxşar Xəbərlər

Brent markalı neftin qiyməti 109 dolları ötübDünya

Brent markalı neftin qiyməti 109 dolları ötüb

Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin iyul ayı üzrə füçerslərinin qiyməti aprelin 7-dən bəri ilk dəfə 109 dolları ötüb.

Bu gün
20:440
Erməni kəşfiyyatçı saxlanıldıDünya

Erməni kəşfiyyatçı saxlanıldı

Ermənistanda "Kandaz" ləqəbi ilə tanınan kəşfiyyatçı Artur Avanesyan Antikorrupsiya Komitəsinə aparılıb.

Bu gün
20:120
Almaniya kansleri: "İran amerikalıları alçaldır"Dünya

Almaniya kansleri: "İran amerikalıları alçaldır"

Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, Birləşmiş Ştatlar İran tərəfindən alçaldıcı vəziyyətə salınıb, çünki Vaşinqtonun hərbi kampaniyanı necə başa çatdıracağı ilə bağlı aydın təsəvvürü yoxdur.

Bu gün
19:540
Starmer fövqəladə toplantı çağırdıDünya

Starmer fövqəladə toplantı çağırdı

Böyük Britaniyanın Baş naziri Kir Starmer İran münaqişəsinin təsirlərini müzakirə etmək məqsədilə fövqəladə hallar komitəsinin iclasına rəhbərlik edəcək.

Bu gün
19:420