Son dəqiqə
Yazın ortasında qış mənzərəsi – Kəlbəcərdən FOTOREPORTAJ"Tottenhem"in müdafiəçisi üçün mövsüm bitdi - FOTOBTQ Qvadelupda baş verən hadisə ilə bağlı arayış təqdim etdi - FOTODəm qazından zəhərlənən uşaqlardan ikisi xəstəxanadan evə buraxıldıAzərbaycanda reabilitasiya müəssisələri ilə bağlı fərmanın icrasına başlandıMDB-yə üzv ölkələr arasında əməkdaşlıq haqqında yeni saziş təsdiqlənəcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. BTQ Qvadelupda baş verən hadisə ilə bağlı arayış təqdim etdi - FOTO
BTQ Qvadelupda baş verən hadisə ilə bağlı arayış təqdim etdi - FOTO
Siyasət

BTQ Qvadelupda baş verən hadisə ilə bağlı arayış təqdim etdi - FOTO

Bu gün
14:16
0 baxış
Paylaş:

2026-cı il aprelin 12-də Qvadelupun Le Mul (Le Moule) şəhərində Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində bir nəfər həyatını itirib. İlkin məlumatlara əsasən, hadisə zamanı şübhəli şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunub, lakin daha sonra fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılıb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib.

2026-cı il aprelin 12-də Qvadelupun Le Mul (Le Moule) şəhərində Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində bir nəfər həyatını itirib. İlkin məlumatlara əsasən, hadisə zamanı şübhəli şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunub, lakin daha sonra fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılıb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib.

Gundem.today xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, hadisə ilə bağlı prokurorluq nümayəndələri əraziyə cəlb olunub, ilkin istintaq tədbirləri həyata keçirilib və araşdırma Puant-a-Pitr (Pointe-à-Pitre) şəhərinin istintaq bölməsinə həvalə edilib. Eyni zamanda, silahdan istifadə edən jandarma əməkdaşı saxlanılaraq istintaqa cəlb olunub. Hadisədən sonra ərazidə vəziyyətin gərginləşdiyi, yerli əhali ilə polis arasında qarşıdurma hallarının baş verdiyi bildirilir.

Digər tərəfdən, Qvadelupda "Jandarma Zorakılığına Qarşı Birlik" təşkilatı (Kolektif Gwadloup Kont Vyolans a Jandam) tərəfindən yayılan bəyanatda hadisə sərt şəkildə tənqid olunub. Bəyanatda Liber Argelye adlı şəxsin hərbi polis tərəfindən əsassız şəkildə açılan atəş nəticəsində həyatını itirdiyi vurğulanıb və bu hadisə "dövlət zorakılığının növbəti nümunəsi" kimi qiymətləndirilib.

Təşkilat hadisəni əvvəlki oxşar ölüm halları ilə əlaqələndirərək bunun sistematik xarakter daşıdığını iddia edib, eyni zamanda, hüquq-mühafizə orqanlarının vəzifələrindən sui-istifadə etdiyini bildirib. Həmçinin hadisənin tam şəkildə araşdırılması, atəşin hansı səbəbdən açıldığının və bunun qanuni olub-olmamasının aydınlaşdırılması tələb olunub.

Nəticə etibarilə, bəyanatda, həmçinin ədalətin təmin olunması, təqsirli hesab edilən şəxslərin məsuliyyətə cəlb edilməsi və bu kimi halların qarşısının alınması məqsədilə ictimai fəallığa çağırış yer alıb. Təşkilat mərhumun ailəsinə başsağlığı verib və hadisənin Qvadelup cəmiyyətində ciddi narahatlıq doğurduğunu qeyd edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Bakı_Təşəbbüs_Qrupu_(BTQ)#Qvadelup

Oxşar Xəbərlər

MDB-yə üzv ölkələr arasında əməkdaşlıq haqqında yeni saziş təsdiqlənəcəkSiyasət

MDB-yə üzv ölkələr arasında əməkdaşlıq haqqında yeni saziş təsdiqlənəcək

Milli Məclis MDB-yə üzv ölkələr arasında imzalanmış məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında sazişi təsdiqləyəcək.

Bu gün
14:040
Prezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEOSiyasət

Prezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Bu gün
13:060
Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTOSiyasət

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

Bu gün
12:460
İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTOSiyasət

İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

Bu gün
12:380