
Bu gün Beynəlxalq Caz Günüdür - VİDEO
Bu gün Beynəlxalq Caz Günüdür.
Bu gün Beynəlxalq Caz Günüdür.
Gundem.today xatırladır ki, 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.
Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.
Dünyada Azərbaycan cazının da özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.
Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub.
Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı "Qaya" ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanıb.
Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.
Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq "Montre" Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətGörkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEO
Azərbaycanın Xalq artisti, görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edilib.
MədəniyyətLeyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı - VİDEO
Tanınmış şəbəkə ustası Tofiq Rəsulov aprelin 28-də Şəkidə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilə görüşü barədə Baku TV-yə danışıb.
MədəniyyətXalq artisti: "Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin"
"Süni intellekti yaradanlara öz təşəkkürümü bildirirəm. Onlar sanki bizim damarımızı, nostalji hisslərimizi, zamanın nəbzini tutmağı bacarırlar. Sanki hiss edirlər ki, biz sənətkarlar o dövrün, o zamanın hissləri ilə yaşayırıq. Mənim bir neçə rollarımı süni intellekt vasitəsilə hazırlayıblar. Mirmehdi Seyidzadənin hazırladığı süni intellekt materiallarını çox bəyənirəm. O, məşhur sənətkarların rollarını onların bugünkü görünüşləri ilə qarşılaşdırır. Bu günlərdə Söylü ilə Afaqı üz-üzə gətirmişdi.
MədəniyyətXalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür - VİDEO
Bu gün Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür.