
Uzunömürlülüyü müəyyən edən sadə test: Cəmi bir hərəkətlə sağlamlığınızı yoxlayın
Amerikalı teleaparıcı və revmatoloq Natali Azar uzunömürlülüyü proqnozlaşdırmaq üçün sadə test açıqlayıb.
Amerikalı teleaparıcı və revmatoloq Natali Azar uzunömürlülüyü proqnozlaşdırmaq üçün sadə test açıqlayıb.
Gundem.today xəbər verir ki, sağlamlığın qiymətləndirilməsi metodu barədə "UpWorthy" nəşri məqalə dərc edib.
Azarın sözlərinə görə, bu test xüsusilə 51-80 yaş aralığında olan insanlar üçün uyğundur. Testi yerinə yetirmək üçün əvvəlcə ayaq üstə durmaq, daha sonra ayaqları çarpazlaşdıraraq yerə oturmaq və yenidən ayağa qalxmaq lazımdır. Bu zaman əsas şərt qollarla hər hansı bir yerə söykənməmək, bədən gövdəsi və ayaqlardan başqa heç bir üzvdən dəstək almamaqdır.
Natali Azar izah edib ki, bu metod ürək sağlamlığını, tarazlığı, çevikliyi, eləcə də bel və ayaq əzələlərinin gücünü qiymətləndirməyə imkan verir. Test üzrə maksimum nəticə 10 baldır. Əgər şəxs oturub-qalxarkən qoluna, dizinə və ya ombasına söykənirsə, yaxud əlini dizinin üzərinə qoyursa, hər belə hal üçün bir bal çıxılır.
"Tədqiqatlar göstərib ki, aşağı nəticə yaxın altı il ərzində ölüm riskini yeddi dəfə artırır. Səkkiz və daha yuxarı bal isə sağlamlıq üçün ideal göstərici hesab olunur", - deyə revmatoloq qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNyu-Yorkun milyarderləri mer Mamdaniyə qarşı çıxıblar
Nyu-Yorkun ən varlı sakinləri yeni daşınmaz əmlak vergisi təşəbbüsündən sonra şəhərin meri Zohran Mamdaniyə qarşı çıxıblar.
DünyaTramp Aİ-dən idxal edilən minik və yük avtomobilləri üçün rüsumları artırdı
Gələn həftədən etibarən Avropa İttifaqından (Aİ) idxal olunan minik və yük avtomobilləri üçün ABŞ gömrük rüsumlarının dərəcəsi 25% təşkil edəcək.
DünyaABŞ-də milli borcun həcmi ölkə iqtisadiyyatını geridə qoyub
ABŞ-nin dövlət borcu İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkənin iqtisadi həcmindən daha yüksək səviyyəyə çatıb.
Dünyaİranın zərbələri nəticəsində ABŞ-nin zədələnən hərbi obyektlərinin sayı açıqlandı
İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki azı 16 hərbi obyektinə ziyan vurub.