
Kişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydü
Saatlı Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zabit Bəşirovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Saatlı Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zabit Bəşirovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İttihama görə, Zabit Bəşirov boşanma ərəfəsində olduğu həyat yoldaşı, zərərçəkmiş Raya Bəşirovanın (adı və soyadı şərtidir) işlədiyini güman etdiyi Saatlı şəhərində yerləşən marketlərin birinə 2026-cı il fevralın 18-də saat 13:30-də gəlib. O, marketə daxil olaraq qadını görüb onun yanına yaxınlaşıb və boşanmaq istəmədiyini, həmçinin həmin obyektdə onun xəbəri olmadan işləməsini bəhanə edərək mübahisə yaradıb.
Daha sonra Zabit heç bir əsaslı səbəb olmadan, marketin işçiləri və müştərilərinin gözü qarşısında ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.
Belə ki, təqsirləndirilən şəxs market daxilində malların yığıldığı vitrinlərin arasında, kənar şəxslərin yanında Rayaya qəsdən şillə ilə sifət nahiyəsindən zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sol yanağın selikli qişasında yara, sol yanaq nahiyəsində qançır, eləcə də yerə yıxılması nəticəsində bədənin müxtəlif nahiyələrində - sol bazunun orta hissəsində, sol baldırın yuxarı hissəsində qançırlar, sağ saidin aşağı hissəsində və sağ topuq nahiyəsində sıyrıqlar kimi xəsarətlər yetirilib.
İstintaqla, həmçinin müəyyən olunub ki, Zabit törətdiyi hərəkətlərlə kifayətlənməyərək xuliqanlıq əməllərini davam etdirib. O, kənar şəxslərin yanında qadının qolundan və paltarından tutaraq fiziki zor tətbiq edib, onu bıçaqla öldürəcəyi ilə hədələyib.
Bundan sonra Rayanı zorla marketin binasından çıxararaq yaxınlıqda yerləşən parka aparıb.
Hadisədən sonra Zabit Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalQuldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı
Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
KriminalQadınları fahişəliyə cəlb edən şəxsə hökm oxundu
Fahişəliyə cəlbetmədə təqsirləndirilən Ceyla Səmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Kriminal10 nəfərdən rüşvət almaqda təqsirləndirilən bağça müdiri ilə bağlı YENİ MƏLUMAT
Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Kriminalİrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alındı
Azərbaycana 21 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.