
Cəbrayılda avtoxuliqanlıq edən sürücülər SAXLANILDILAR
Cəbrayılda kobud qayda pozuntuları törədən sürücülər inzibati məsuliyyətə cəlb olunublar.
Cəbrayılda kobud qayda pozuntuları törədən sürücülər inzibati məsuliyyətə cəlb olunublar.
Gundem.today-ın məlumatına görə, Cəbrayıl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısını alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Yoxlamalar zamanı rayon ərazisində saxlanılan sürücü Q.Qocayevin narkotikin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış material məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Bundan əlavə, keçirilən tədbirlər zamanı avtoxuliqanlıq hərəkətlərinə yol verən və spirtli içkinin təsiri altında avtomobil idarə edən 11 sürücü də müəyyən edilərək barələrində inzibati qaydada protokollar tərtib olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğdamda dərsə gedən qızı maşın vurdu
Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HadisəAğsuda üç avtomobil toqquşan maşınlara çırpıldı - Hadisə yerindən GÖRÜNTÜLƏR
Ağsu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
HadisəKənar Dairəvi yolda DƏHŞƏTLİ QƏZA: ÖLƏN və xəsarət alanlar var - FOTO
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib.
Hadisəİndoneziyada vulkan ardıcıl püskürdü, kül beş kilometrə yüksəldi
İndoneziyada Semeru vulkanında ardıcıl iki püskürmə qeydə alınıb və kül "buludu" 4.7 kilometrədək yüksəlib.